Çəltik əkini 2 dəfəyə qədər artsa da...
Yazlıq buğda əkini 3 dəfədən çox azalıb
lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Buğda əkini stimullaşdırılır
Hökumət ixracatdan asılılığın azaldılmasına çalışır
-
Taxıl biçini başladı
Arpanın yerinə buğda əkiləcək
-
Taxıl problemi necə həll olunacaq?
Dəhlizin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb
-
Buğda yarıbayarı bahalanıb
İlk onluqda olan üç ölkə ixracatı dayandırıb
-
Müharibələr və istilər taxıla ehtiyacı artırıb
“Ukraynadakı vəziyyət dəyişməzsə dünyada aclıq ehtimalı artacaq”
-
Taxıl satan həmişə var
Ajiotaj yaratmağa qəti gərək yoxdur ...
-
Buğda idxalında dəyişim
Ölkədən çıxan hər 100 dolların 3-ü buğda idxalına xərclənib
-
Qazaxıstan taxıl ixracını məhdudlaşdırır
Dünya ərzaq təhlükəsizliyi baxımından həddindən artıq çətin il yaşayır
-
... Kombayn tapılmır
Arpa sahələrdə məhv olur ...
-
Taxıl bahalaşa bilər
Bazar risk eləmir
-
10 hektarı 4 günə əkir
Bu yeni texnika ilə 3500 manata başa gəlir
-
«Necə ola bilər ki...»
Heydər Əsədovun hesabatı özünü doğrultmur, İlham Əliyev taxıl müəmmasına görə kosmik peyki işə salır
-
Azərbaycanda hibridləşdirilmiş buğda satılır
Qorxu və ümidsizlik yaradan, müqavimət gücünü sıfıra endirən...
-
Unun qiyməti niyə qalxır?
Sahibkarlar kisələrə müdaxilə edir
-
Tranzit siyasəti bəhrəsini verir
Azərbaycan taxıl daşınmasında tranzit ölkəyə çevrilə bilər
-
Un bahalaşdı
Əlli kiloluq kisənin qiyməti 30 qəpik qalxıb
Kənd Təsərrüfatı Nazirliyi yazlıq bitkilərin əkini haqqında iyunun 1-nə olan vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilin yazında 349 min 574 hektar sahədə yazlıq bitki əkilib.
Bu, keçən illə müqayisədə 0,5 faiz azdır. Keçən ilin yazında 351 min 449 hektar sahədə əkin işləri aparılıb. Bu il yazlıq taxıl əkini keçən ilin anoloji dövrü ilə müqayisədə 3 dəfədən çox azdır. Əgər keçən il 555 hektar sahədə yazlıq taxıl səpilibsə, bu il həmin göstərici 156 hektardır. Keçən illə müqayisədə dən üçün günəbaxan, kartof, pambıq, tütün, ərzaq üçün bostan bitkiləri, birillik otlar əkinində də azalma var. Dən üçün günəbaxan əkini 9 min 513 hektardan 8 min 862 hektara, kartof 65 min 316 hektardan 64 min 642 hektara, pambıq 29 min 290 hektardan 23 min 47 hektara, tütün 1471 hektardan 1206 hektara, ərzaq üçün bostan bitkiləri 28 min 165 hektardan 27 min 798 hektara, birillik otlar 3 min 399 hektardan 2 min 979 hektara düşüb.
Çəltik əkini isə 2 dəfəyə qədər artıb. Əgər keçən ilin yazında 1170 hektarda çəltik becərilibsə, bu il çəltik əkilən sahələr 2 min 109 hektara çatıb. Keçən ilin anoloji dövrü ilə müqayisədə vələmir, qarğıdalı, şəkər çuğunduru, tərəvəz, çoxillik otlar və yemlik kökümeyvəlilərin yazlıq əkinində də artım var. Vələmir əkini 1250 hektardan 1453 hektara, qarğıdalı 34 min 634 hektardan 37 min 132 hektara, şəkər çuğunduru 3 min 654 hektardan 4 min 962 hektara, tərəvəz 73 min 135 hektardan 74 min 482 hektara, çoxillik otlar 70 min 720 hektardan 71 min 227 hektara, yemlik kökümeyvəlilər 140 hektardan 143 hektara çatıb.