 
                    
                     
                 10:22 | 27 iyun 2022 | Bazar ertəsi
                Məqaləyə 1569 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                10:22 | 27 iyun 2022 | Bazar ertəsi
                Məqaləyə 1569 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                Keçən il uzun fasilədən sonra çempionata qayıdan Safari (Keniya) Rallisində rekord nəticə təkrarlanıb – “Toyota” komandası yekun protokollarda ilk 4 yeri tutub.
İlk dəfə belə nəticə 1993-cü ildə qeydə alınıb - məhz Keniyada və məhz “Toyota” komandası ilk 4 yeri tutmuşdu. O vaxt qələbəni əfsanəvi Yuha Kankkunen (uçan finlandiyalı) qazanmışdı.
Bu dəfə qələbəyə komandanın ən gənc üzvü Kalle Rovanpera sevinib - finlandiyalı sürücü mövsümün 6-cı yarışında 4-cü qələbəsini qazanmaqla titul uğrunda mübarizədə vacib addım atıb.
Podiumu Elfin Evans və Takamoto Katsuta tamamlayıblar. Komandanın ən titullu sürücüsü Sebastyen Ojye isə bu dəfə 4-cü olub.
Mübarizə 3 həftədən sonra Estoniyada davam edəcək...


 
   
   
   
   
  