
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Rusiya dövlət Birləşmiş Gəmiqayırma Korporasiyasında (OSK) və Lebedinsk dağ-mədən kombinatında işçilərə Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək təklif olunur. Bu barədə məlumatı sözü gedən müəssisələrin adlarının çəkilməsini istəməyən işçilərinə istinadən “The Moscow Times” qəzeti yazır.
Mənbələrdən birinin dediyinə görə işçilərə Vaqner özəl hərbi şirkəti və ya Müdafiə Nazirliyi ilə müqavilələr bağlamaq təklif edilir. Mənbə əlavə edir ki, “Admiral tərsanəsində” işləyənlərə ayda 300 min rubl (4754 dollar) maaş təklif edilir. Qəzet yazır ki, belə təkliflər habelə OSK-ya daxil Baltika zavodunun fəhlələrinə edilir.
Həmin mənbənin sözlərinə görə Ukraynaya getmək həm döyüş təcrübəsi olan yaşlı kişilərə, həm də hərbi xidmətdən yenicə qayıtmış gənclərə təklif olunur.
***
Milyarder Alişer Usmanovun Lebedinsk dağ-mədən kombinatına daxil Metalinvest qrupunun əməkdaşı qəzetə deyib ki, onun özü iki ay Ukraynadakı Vaqner qrupunda ezamiyyətdə olub. Həmin əməkdaş deyir ki, səfərbərlərə iş yerlərinin saxlanması ilə ayda 205 min rubl məvacib təklif edilir. Bu kombinat Belqorod vilayətində yerləşir. Belə bir xəbəri bundan əvvəl “Verstka” saytı da vermişdi. Şirkətin mətbuat xidmətindən bu xəbərləri təkzib ediblər.
Bundan əvvəl “Vajnıye istorii” saytı Sankt-Peterburq şəhəri və Leninqrad vilayətinin islah-əmək koloniyalarındakı məhkumlara Ukrayna müharibəsində iştirak etməyin təklif olunduğunu yazmışdı.
Rusiyanın bir çox mediaları ölkədə “üstüörtülü səfərbərliyin” aparıldığını bildirirlər. Kreml ümumi səfərbərlik elan edilə biləcəyinə dair xəbərləri bir qayda olaraq təkzib edir. Şərhçilərin fikrincə Vladimir Putin rəsmi səfərbərlik elan etməkdən çəkinir.
Bunun həm cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradacağı və ya adamların səfərbərlikdən kütləvi yayınacağı düşünülür.