vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
08:59 | 13 iyul 2022 | Çərşənbə Məqaləyə 1149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Omikron”un yeni ştammı yayılıb

Daha çox yoluxucu, peyvəndlərə qarşı dayanıqlı

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanadada “Omikron” ştammının yeni BA.2.75 alt növünə ilk yoluxma halları aşkarlanıb. Bu barədə yerli CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, BA.2.75-in yüksək yoluxucu olduğu, həmçinin peyvənd və ya xəstəlikdən sonra qazanılan antikorlara qarşı davamlı olduğu güman edilir.

Məlumata görə, alimlər bu mutasiyanın digər variantlarla müqayisədə xəstəliyin daha ciddi gedişatına səbəb olub-olmadığını hələ müəyyən edə bilməyiblər.

“İyulun 6-na olan məlumata görə, ilkin görünüşə əsasən, Kanadada BA.2.75-in aşkarlanması ilə bağlı beş hadisə qeydə alınıb”, – Kanada Səhiyyə Nazirliyinin sözçüsü açıqlayıb.

O qeyd edib ki, bu alt növün tərifi dəqiqləşdikcə rəqəmlər dəyişə bilər.

Telekanalın xəbərinə görə, koronavirusun bu mutasiyası ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya və Hindistan daxil olmaqla azı on başqa ölkədə aşkarlanıb. (Report.az)