Aİ dəstək təklif edir
Avropa Komissiyası qaz idxalını artırmaq üçün Azərbaycanla saziş imzalayacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla saziş və qazın həcmini artırmaq üçün boru kəmərinin genişləndirilməsinə dəstək verməyi təklif edib. Bu barədə “Reuters” məlumat yayıb.
Agentlik Saziş layihəsinə istinadən qeyd edir ki, tərəflər kommersiya imkanlarına və bazar ehtiyaclarına uyğun olaraq, Aİ-yə ixrac da daxil olmaqla, 2027-ci ilədək Cənub Qaz Dəhlizi ilə ildə azı 20 milyard kubmetr təbii qazın Aİ-yə ixracı hesabına ikitərəfli təbii qaz ticarətini təşviq edəcək.
Məlumata görə, iştirakçı hökumətlərin təsdiqinə ehtiyacı olan və hələ də məzmunu dəyişə bilən anlaşma memorandumu layihəsi Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir.
Hər iki tərəf Avropaya tədarükün artırılması üçün bu şəbəkənin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq edəcək və əlavə olunur ki, bu cür investisiyalar gələcəkdə həm də aşağı karbon qazlarını daşıya bilməlidir.
Sənəddə deyilir ki, gələcək qaz müqavilələri iqlim dəyişiklikləri ilə bağlı Aİ hədəfləri ilə razılaşdırılmalıdır. Bu isə öz növbəsində, xüsusilə, 2030-cu ildən sonra təbii qaz istehlakının kəskin azalmasını tələbə edəcək.
Sənəd layihəsində qaz istehsalçılarının təhlükəsizliyini təmin etmək üçün “uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin” vacibliyi vurğulanıb. Lakin o, həmçinin gələcək qaz müqavilələrinin Aİ-nin iqlim dəyişikliyi hədəflərinə uyğunlaşdırılmasının lazım olduğunu, Brüsselin xüsusilə 2030-cu ildən sonra qazın istifadəsinin azaldılmasını tələb edəcəyini qeyd edir.
Bundan əlavə sənəddə qeyd olunur ki, hər iki tərəf tədarük zəncirlərində güclü istixana qazı olan metan emissiyalarının qarşısını almaq üçün tədbirləri gücləndirməlidir. Müqavilə layihəsində o da deyilir ki, Aİ və Azərbaycan eyni zamanda, elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaq, bərpa olunan enerjini təşviq edəcək və gələcək hidrogen ticarətini müzakirə edəcək.
Bu saziş Azərbaycana da müəyyən imkanlar yaradır ki, Avropa Birliyi ilə əməkdaşlığı genişləndirsin
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanla Avropa Birliyi arasındakı yeni qaz sazişi çox önəmlidir hər iki tərəf üçün. Onun sözlərinə görə, indiki qaz böhranı , enerji böhranında alternativ enerji mənbələrinin çoxaldılması, çoxşaxəli təchizat modellərinə keçid Avropa Birliyi üçün həyatı əhəmiyyət kəsb edir.
“Azərbaycan üçün də önəmlidir. Çünki əlavə investisiyalar cəlb olunacaq , həm də Avropa Birliyi ilə əməkdaşlığı ilə genişləndirilməsi Azərbaycana yeni investisiyaların, texnologiyaların , Avropa Birliyi ilə əməkdaşlığın əlaqələrin daha da genişlənməsinə səbəb olan faktora çevriləcək”.
Bu sazişin Azərbaycan üçün Rusiya faktoru baxımından hansı təhlükələr yarada bilər sualına gəldikdə isə, ekspert deyir ki, Rusiyanın bu məsələlərə “isti baxmadığı” məlumdur.
“Sadəcə burada həcm məsələsi var. Rusiyanın Avropa Birliyinə müharibəyə qədər göndərdiyi qazın həcmi 175-180 milyard kub metrdir. Azərbaycanın o qədər həcmi yoxdur. Ona görə də Rusiya kifayət qədər qıcıq olsa da bu məsələlərə həcmlərin az olması hələlik Rusiyanın çox da aqressiv davranmadığından xəbər verir. Azərbaycana da müəyyən imkanlar, fürsətlər yaradır ki, Avropa Birliyi ilə əməkdaşlığı genişləndirsin. Azərbaycanın TAP və TANAP layihələri vasitəsilə Cənub boru vasitəsilə Avropaya keçən il 9.2 milyard kub metr qaz təchiz edib. Bu il isə 11 milyarda yaxın qaz təchiz etməsi planlaşdırılır. Amma bu həcmi iki dəfə artırmaq mümkündür. Hətta yeni texnologiyaların tətbiqi 24-25 milyard qədərə də artırmağa imkan verir. İndiki danışıqlar və imzalanacaq müqavilələr yeni texnologiyaların tətbiqi ilə həcmlərin genişləndirilməsini nəzərdə tutur. Azərbaycanı həm də tranzit ölkəyə çevirə bilər. Yəni ətraf ölkələrin qaz resurslarını Azərbaycanın Cənub Qaz dəhlizi vasitəsilə Avropaya çatıdırılması imkanları genişlənəcək”, – deyə Cəfərli bildirib.
Rəsmi Bakı...
Rəsmi Bakı bu sazişlə bağlı hələlik fikir bildirməyib. Amma Rusiya-Ukrayna müharibəsi Avropaya nəql edilən Azərbaycan qazının həcminin artırılmasını gündəmə gətirib. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı şəhərində baş tutan səkkizinci iclasının yekunları ilə bağlı Azərbaycan energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatında deyilir ki, Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə edib.
Azərbaycan Energetika Nazirliyinin martın 17-də yaydığı məlumata görə, 2020-ci il dekabrın 31-dən başlayaraq Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya ümumi tədarükü 10 milyard kubmetrə çatıb.
Nazirlik hesab edir ki, bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir.
“Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir”.
Energetika Nazirliyi bildirir ki, 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması perspektivləri növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.
Cənub Qaz Dəhlizi haqqında
Cənub Qaz Dəhlizi Azərbaycan prezidenti İlham Əliyevin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,”Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən “SNAM Rete Gas” (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın səhmdarları SOCAR (20 faiz), BP (20 faiz), Snam (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz) şirkətləridir.