
Xalqla birliyin təntənəsi
Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı
Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
Rusiya liderinin velikorus şovinizmi artıq ifrat həddinə çatıb
SSRİ-də ilkə imza atan hərbçi qadınlarımız
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Qərbin nəzarətində olan “eurasiareview.com” saytında ukraynalı professor Taras Kuzio “Azerbaijan and Ukraine Are Demanding Compensation from Armenia and Russia” (Azərbaycan və Ukrayna müfaviq olaraq Ermənistan və Rusiyadan kompensasiya tələb edir) adlı məqalədə Azərbaycan oxucusu üçün xüsusi önəm daşıyan bir məqama toxunulur.
“Ermənistanın işğalı nəticəsində tikili və infrastrukturlara və ətraf mühitə dəymiş ziyanın hesablamaları zaman keçdikcə artıb. Hələ də bu proses yekunlaşmayıb. 2000-ci ildə-Azərbaycan işğal olunmuş ərazilərə çıxış əldə etməzdən xeyli əvvəl, BMT-nin İnsan İnkişafı Hesabatında dəymiş ziyan 53,5 milyard dollara bərabər olub. Azərbaycan isə o vaxt real rəqəmin 100 milyard dollara yaxın olduğunu iddia edirdi. Yeddi rayonun Azərbaycanın nəzarətinə qayıtmasından sonra dəymiş ziyanın hesablamaları tikili və infrastruktur üçün 818 milyard dollar, ətraf mühitə dəymiş ziyan üçün isə 285 milyard dollar təşkil edir”. Yəni 1.103 trilyon dollar.
Müflis Ermənistan 100 il çalışsa da bu qədər pulu yığıb Azərbaycana verə bilməz. Ancaq biz bu pulu Ermənistandan zorla almalıyıq...
Müharibədən dərhal sonra Ermənistanın Azərbaycana 50 milyard dollar kompensasiya verəcyi haqqında fikirlər səslənirdi. Sonra bu məsələ gündəmdən çıxdı. Və bu, xalq tərəfindən narazılıqla qarşılandı.
Bu məqalə isə bir daha təsdiq edir ki, bu məsələ hazırda müzakirə olunmasa da gündəmdən çıxmayıb. Şəxsən mən Ermənistandan kompensasiya tələb olunmasının tərəfdarıyam. Və ya biz Azərbaycan olaraq bu qədər pulun müqabilində Ermənistandan bizi razı sala biləcək nəsə almalıyıq...
P.S. “The Economist” jurnalının hesablamasına görə, Ukraynadakı dağıntıları bərpa etmək üçün ən azı 600 milyard dollar lazımdır və bu vəsaiti Rusiya kompensasiya şəklində ödəməlidir...