Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:51 | 3 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1629 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın “Belqorod” nüvə sualtı qayığı bazadan yoxa çıxıb. Amerika kəşfiyyatının məlumatına görə, bu, yeni supergüclü “Poseydon” torpedosunun sınaqdan keçirilməsi ilə bağlıdır. Qayığın Arktikaya yola düşdüyü ehtimal olunur. Həmçinin bildirilir ki, sınaqlar torpedonun su altında 10 000 kilometr məsafə qət etmə gücünün yoxlanması məqsədi daşıya bilər. Bu torpedo bəzən “apokalipsisin cəngavəri” də adlandırılır.
Bu barədə NATO kəşfiyyatı məlumat verib.
Bildirilir ki, nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı “Poseydon” torpedosu ilə təchiz edilib. Bu da böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir. Eyni zamanda Nyu-York və ya Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. “Belqorod” sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.
NATO rəhbərliyi müttəfiqlərinə nüvə sualtı qayığının səfərbər olunması ilə bağlı xəbərdarlıq göndərib.
Hərbi ekspertlərin fikrincə, bu silah NATO müttəfiqlərini Alyans ölkələrinin Hərbi Dəniz Qüvvələrinin planlaşdırılması konsepsiyasını yenidən nəzərdən keçirməyə vadar edəcək.
“Bu, tamamilə yeni silah kateqoriyasıdır. Yeni silah Qərbin Hərbi Dəniz Qüvvələri əməliyyatlarının planlaşdırılması ilə bağlı dəyişikliklər etməsinə səbəb olacaq. Bu da yeni tələblərin və əks-hərəkət vasitələrinin yaradılmasına gətirib çıxaracaq”, - deyə amerikalı hərbi ekspert H.İ.Satton qeyd edib. (oxu.az)