vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
12:53 | 2 noyabr 2022 | Çərşənbə Məqaləyə 2111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

313-ün sirri ...

İran səfirliyinin maşını ilə gətirilən köynəklərdəki rəqəm nə deməkdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarından ibarət yaratdığı dəstəyə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilən və İrandan gizli şəkildə ölkəmizə gətirildiyi üzə çıxan geyimlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Üzərində dini şüarlar yazılmış və İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla ölkəmizə keçirilən köynəklərdəki rəqəm diqqət çəkib. Belə ki, üzərində "313" rəqəmi yazılmış köynəklərin Azərbaycanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanması nəzərdə tutulubmuş.

Bəs köynəklərin üzərində İran xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə yazılmış "313" rəqəmi hansı mənanı ifadə edir?

Bəzi hədislərdə 313 rəqəmi xüsusi müqəddəslik daşıyır. Qurani-kərimdə qeyd edilmiş bir rəvayətə görə, Həzrət Davud Peyğəmbərin (ə) müasiri olmuş Bəni-İsrail hökmdarı Talut böyük bir qoşunla döyüşə yollananda Allah ona əmr verdi ki, öz əsgərlərini sınağa çəksin və sınaqdan uğurla çıxanları ayırıb özü ilə döyüşə aparsın. Talut əsgərlərinə əmr etdi ki, yolda qarşılarına çıxan çayın suyundan bir ovucdan artıq içməsinlər. Az bir hissə bu tapşırığa əməl etdi. Sınaqdan uğurla çıxanların sayı 313 nəfər oldu və onlar döyüşdə çoxsaylı düşmənə qalib gəldilər (Bəqərə, 249).

Bəzi rəvayətlərə görə, Bədr döyüşündə də 313 nəfər müsəlman özlərindən üçqat artıq düşmənə qalib gəlmişdi. Həmçinin, hədislərə görə, İmam Mehdinin (ə) sadiq silahdaşlarının da sayı 313 nəfər olacaq. Bu say tamamlandıqdan sonra İmam zühur edəcək.

Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir. (“Qafqazinfo”)