

Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi barədə məlumatlar var
ABŞ-a qarşı zəif mövqedə olan Avropa özünə dayaq olaraq Çinlə yaxınlaşa bilər
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
İtaliya ilə Rusiya arasında diplomatik gərginlik davam edir
Yaxud ABŞ prezidentinin 50-55 günlük hakimiyyətində yol verdiyi səhvlər
İndi də top ABŞ meydançasındadır
Avropa orduları ABŞ dəstəyi olmadan Rusiyaya müqavimət göstərə bilərmi?
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Altı dəfə sui-qəsdə məruz qalan II Aleksandr yeddincidə səhlənkarlığının qurban oldu
Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər
Rusiya ABŞ-a siyahı göndərdi
Avropa-ABŞ qarşıdurması Türkiyəyə xeyir verə bilər
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Moskva, Pekin və Tehranı yaxınlaşmağa məcbur edən səbəb
Rusiyanın Krımı ələ keçirməsindən sonra NATO Şərqi Avropada mövqelərini gücləndirmək üçün fəaliyyət planı qəbul edib. Virtualaz.org saytı xəbər verir ki, Almaniyanın «Spiegel» jurnalının redaksiyasına NATO-nun Tərəfdaşlıq Komitəsi tərəfindən ötən həftə qəbul edilən, Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın gücləndirilməsinə dair praktiki tədbirləri müəyyən edən «məxfi» qrifli sənəd daxil olub.
Jurnalın yazdığına görə, Qərblə Rusiya arasında «yeni buz dövrünün» başlaması NATO-ya yeni impuls verib. Şimali Atlantika Alyansı Şərqi Avropada daha böyük nüfuza malik olmaq və bununla kifayətlənməyərək Şərqə doğru irəliləməyə can atır.
Yeddi səhifədən ibarət məxfi sənəddə deyilir ki, NATO regiondakı müttəfiqlərinə hansı yolla daha yaxşı dəstək vermək yollarını diqqətlə öyrənməlidir.
Sənədə görə, NATO Azərbaycan, Ermənistan və Moldovanın alyansın smart-müdafiə layihələrində iştiraka həvəsləndirəcək. Bura həmin ölkələrə silah satılması, hərbi potensialdan daha yaxşı istifadə olunması üçün bu potensialın birləşdirilməsi və xüsusiləşdirilməsi daxildir. Hər ölkə üzrə ayrıca fəaliyyət planı hazırlanıb.
Sənədə görə, Moldovada NATO-nun iştirakı gücləndiriləcək. Azərbaycanla kiber və energetika təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndiriləcək, Ermənistanda isə NATO silahlı qüvvələrə hazırlıq keçəcək.
NATO-nun bu planlarının həmin üç ölkə ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil.