
ABŞ-ın İranla nüvə danışıqlarında “qırmızı xətti”
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İranda 700 bank zülmətə qərq oldu
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
“İranın hazırda 13 mindən çox qabaqcıl sentrifuqayası var”
Böyük bir sui-qəsd planı ifşa edildi
İran təyyarəsi təcili eniş edib
Raket istehsalına məhdudiyyətləri və uranın 2015-ci il versiyası...
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
“İrandan neft alan ölkələr cəzalandırılacaq”
Tehran sazişi “hər kəs qazansın” modeli kimi təqdim edir
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Dağıntılar və yaralılar var
Tehran Tramp administrasiyasını qeyri-ciddilikdə ittiham edib
“Ermənistan və İranın maraqları heç vaxt bu qədər üst-üstə düşməyib”. Bu açıqlamanı erməni əsilli deputat Robert Begləryan anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış “Aran News” xəbər agentliyinə verib. Agentlik daha sonra yazır: “Son vaxtlar Ermənistan-İran əlaqələrində yüksək səviyyəli qarşılıqlı səfərlər və təmaslar vacib əhəmiyyət daşıyır”.
Noyabrın 22-də İrana səfər edən Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan tərəfindən qarşılanıb. Ekspertlər hesab edirlər ki, Ermənistanla İran arasında sıx təmasların olması indi iki ölkənin maraqlarının tam üst-üstə düşdüyü nadir məqamın yaranması ilə bağlıdır.
Əldə edilmiş bir sıra razılaşmaların fəal praktiki mərhələyə qədəm qoyması da önəmlidir. İran parlamentinin erməni üzvü Robert Begləryan Ermənistan-İran təmaslarının intensivləşməsini iki şərtin nəticəsi hesab edir. Birincisi o, razılaşmaların həyata keçirilməsinə əzmin olduğunu, sonra isə bütün bunların mövcud geosiyasi və regional reallıqlardan qaynaqlandığını iddia edir: “Xüsusilə ötən il İran Ermənistanla iqtisadiyyat və infrastruktur sahəsində əlaqələrini inkişaf etdirməyə və dərinləşdirməyə çalışıb və erməni tərəfindən də eyni istək və motivasiya müşahidə edilib”.
Ermənistanın İrandakı səfirliyinin ticarət attaşesi Vardan Kostanyanın sözlərinə görə, Ermənistan və İran iqtisadi əlaqələri bütün istiqamətlərdə dərinləşdirir, birgə istehsal müəssisələri yaratmağı düşünürlər, ticarət mübadiləsi istiqamətində iş aparılır. Ermənistan həm də İranın Avrasiya İqtisadi İttifaqı ölkələrinə körpüsü rolunu oynamağa çalışır, çünki quruma üzv ölkələr arasında İranla quru sərhədi olan yeganə dövlətdir.
Begləryaın fikrincə, tərəflər anlayırlar ki, bu gün geosiyasi baxımdan nisbətən mürəkkəb vəziyyət yaranıb, lakin o da aydındır ki, hər iki ölkənin maraqlarını irəli aparmaq üçün iradə lazımdır.