Erməni ağzı ilə danışan sülhməramlı
Xankəndi yolu aksiyasının hansı nəticələri ola bilər?
Əziz ƏLİBƏYLİ
Sosial Tədqiqatlar Mərkəzinin beynəlxalq məsələlər üzrə ekspert
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
-
Türk dünyasının həmrəyliyi üçün ən gözəl model
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
Bir ayda ikinci dəfə Azərbaycan tərəfinin Gorus-Xankəndi yolunun öz ərazisindən keçən hissəsini bağlaması faktı göstərdi ki, rəsmi Bakı iradəsini rahat formada icra edə bilməsi mesajı verir. Bu günə qədər masada bir çox ssenarilər olsa da, yumşaq güc rıçağı ilə Azərbaycan addım ata bilmə ehtimalını yoxlamış oldu.
Digər prizmada prosesə coğrafiya üzərində baxsaq görə bilərik ki, 22 avqust 2022-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirməsi faktiki Tərtər istiqamətindən – bölgəyə Şərqdən anbara daxil olmağımız demək idi ki, hazırda - 10 dekabr tarixində Volkovun verib, tutmadığı sözün icrası nəticəsində isə Sərsəngə həm də Cənub və qərb istiqamətlərində daxil olmağımızı şərtləndirəcəkdir. Lakin hazırda proses dayansa da, mümkün nəticəsi məhz bizim ekoloji siyasətimizin bölgəyə daxil olmasını şərtləndirir.
Blok və vaqonlarla yolun bağlanmasını faktiki həyata keçirən məhz ruslardır. Prezident köməkçisi faktiki xarici hücumları və humanitar faciə ittihamlarını qabaqlayaraq bildirdi ki, bu, Rusiyanın addımıdır. Biz isə bölgə əhalisi üçün humanitar dəhliz təklifi edirik.
Amma əsas sual budur: Ruslar bölgə ermənilərini niyə cəzalandırır?
Bir neçə müddət əvvəl bölgəyə gələn və rus emissarı kimi gələcəkdə Qarabağda hakimiyyətdə təmsil olunaraq burdan tramplin kimi istifadə edib, Paşinyana alternativ kimi İrəvanda hakimiyyətə gələcək Vardanyanla hazırkı rejim rəhbəri qərb casusu Araik Arutunyan arasında, birbaşa isə onların tərəfdarları arasında, ümumi olaraq rus və qərb bağlantılı agentura arasında ciddi qarşıdurma gedir. Bölgədən faktiki kənarda qalan Araik oyundan da kənarlaşdırılmaqla onun tərəfdarları əzilməklə, Azərbaycanın da etirazlarından sui-istifadə etməklə ruslar Vardanyanın liderliyini bölgə erməniləri üzərində vahidləşdirmək yoluna gedir və buna görə xidmətçiləri olan Qarabağ ermənilərini ölümə gözqırpmadan tərk edə bildiklərini ortaya qoydular.
Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına uyğundur. Bu həm 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “nəqliyyat kommunikasiyalarına nəzarət” Ermənistan ərazisindən keçməlidir tezisinə əsaslanır, həm də blokada altında olan dövlət üçün unikal imkanlar ortaya çıxarır ki, Londondan-Pekinə qədər gedəcək orta dəhlizdə Rusiya təmsil olunma şansı da əldə edir.
Niyə bu məsələni gündəmə daşıya bilərlər, həm də ekoloqların aksiyası üzərindən?
Amerikanın özəl kəşfiyyat və analitik şirkəti Stratfor Laçın dəhlizi ətrafında mövcud vəziyyətlə bağlı bildirir ki,
1. Azərbaycan bu addımlar İrəvanı sülh danışıqlarındakı şərtləri qəbul etməyə məcbur edir.
2. Azərbaycan Naxçıvan ilə onu birləşdirən Zəngəzur dəhlizinin açılmasından imtina edən İrəvana təzyiq edir.
Prinsip etibarilə, bu, Rusiya üçün də arzuedilən vəziyyət yarada bilər.
Digər nəticə prosesə ilk dəfə bölgə dövləti olmayan qlobal bir gücün cəlb edilməsi olacaq. Belə ki, Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti Qızılbulaq qızıl mədəninin ermənilər tərəfindən talanması ilə bağlı məhkəməyə müraciət edəcək.
Yəni prosesdə Azərbaycanın əlinin güclənməsi üçün kifayət qədər böyük bir imkan və qərb resursu meydana çıxır ki, bu da Qarabağda təkcə rus və erməni faktoruna qarşı ingilis atının yəhərlənməsi deməkdir.
Şübhəsiz ki, aksiya özü ilə yeni reallıqlar doğurmaya bilməz:
Dərhal prosesə dair maraqlı tərəflərin açıqlamalarına göz atmaq lazım gəlir.
ABŞ-ın mövqeyi sülh prosesinə zərbə dəyə biləcəyindən ehtiyat etməsi sezilir. Ona görə də alt qatda Rusiya detalı hiss edilir və məsuliyyətli tutulur.
Fransanın mövqeyi kifayət qədər açıq və qərəzlidir. İngilislərin məhkəmə həmləsinə cavab kimi də anlamaq olar.
Təxminən bölgədə aşağıdakı riyazi təsvir meydana çıxır:
I Blok – Rusiya, Ermənistan, İran.
II Blok – Türkiyə, Azərbaycan, İngiltərə, İtaliya.
III Blok – Fransa, İran, Ermənistan, ermənilər.
IV Blok – AB, ABŞ, Gürcüstan.
Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olmaqla erməni əsilli vətəndaşlarının inteqrasiyasına rəsmən start vermiş oldu.
Bölgəyə nəzarət mexanizmində Azərbaycan təsirli mexanizmlər əldə edəcək ki, yeni gələn sülhməramlı komandan erməni ağzı ilə deyil, türk lisanı ilə danışmağa məcbur olacaq.