vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
19:17 | 5 aprel 2014 | Şənbə Məqaləyə 2900 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda erməni-azəri davası

Polis təhqir olunan soydaşlarımız saxlayıb və döyüb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Şərqi Azərbaycan vilayətində yerli azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. APA-nın «Guneynews»a istinadən verdiyi məlumata görə, hadisə aprelin 3-də Culfa şəhərində qeydə alınıb.

Belə ki, bir qrup azərbaycanlı fəal Culfanın «Xaraba dəyirman» kilsəsini ziyarət etməyə gedib. Onların arasında Mehdi Kuxiyan, Babək Kiyumərsi, Mehdi Rzayi və Səid Sultani kimi tanınmış azərbaycanlı fəallar da olub. Ancaq azərbaycanlı fəallar kilsədə erməni nümayəndələrinin təhqirləri ilə üzləşiblər. Nəticədə tərəflər arasında münaqişə baş verib. Azərbaycanlı fəalların qarşıdurma zamanı müxtəlif xəsarətlər aldığı bildirilir.

İran təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib və münaqişənin böyüməsinin qarşısını alıblar. Ancaq azərbaycanlı fəallardan ikisi - M.Kuxiyan və S.Sultani həbs edilərək Culfa Şəhər Polis İdarəsinə aparılıb. Onlar bir müddət sonra azadlığa buraxılsa da, təhlükəsizlik qüvvələri tərəfindən döyüldükləri məlum olub.