vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
14:18 | 17 fevral 2025 | Bazar ertəsi Məqaləyə 165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Ukraynaya qoşun göndərir?

Zirvə toplantısında bütün bu məsələlər müzakirəyə çıxarılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna üçün təhlükəsizlik təminatı olaraq bu ölkəyə qoşun göndərməyə hazır olduqlarını açıqlayıb.

“Mən Britaniya hərbçilərinin, o cümlədən qadınların təhlükədə olacağı ilə əlaqədar öz məsuliyyətimi dərindən hiss edirəm. Lakin Ukraynanın təhlükəsizliyinin təminatında oynayacağımız istənilən rol həm ölkəmizin, həm də qitənin təhlükəsizliyini təminat altına almağa kömək edəcək. Bu müharibənin yekunu Putinin yeni hücumu üçün müvəqqəti möhlət yaratmamalıdır”, – deyə ser Starmer vurğulayıb.

O, ABŞ-ın təhlükəsizlik təminatının da möhkəm sülh üçün vacib olduğunu və bu məsələni Trampla müzakirə edəcəyini söyləyib. K.Starmer Rusiyaya, xüsusən onun enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi də zəruri sayıb.

Avropa liderlərinin bu gün keçiriləcək fövqəladə zirvə toplantısında bütün bu məsələlər müzakirəyə çıxarılacaq. Ukraynaya göndəriləcək hərbi kontingentin tərkibində Fransa hərbçiləri də xüsusi yer tutacaq. Bu, tarixi əhəmiyyətli qərar olacaq. Hazırda gündəmi daha çox ABŞ-Avropa münasibətləri, ABŞ-Rusiya dialoquna Ukrayna və Avropanın cəlb edilib-edilməyəcəyi ilə bağlı mövzular zəbt etdiyindən, Rusiyanın nə qazanıb, nə itirəcəyi müzakirə edilmir. Putin də bunda maraqlıdır.

Əminliklə söyləmək mümkündür ki, Rusiya bu müharibənin sonunda ingilislər başda olmaqla, Qərb qoşunlarının Ukraynaya, yəni Rusiya-Belarus sərhədlərinə yerləşdirilməsi ssenarisini heç düşünməmişdi. Müharibənin bu cür sonluqla bitməsi Putinin elan etdiyi vəzifələrə və məqsədlərə tamamilə zidd olan yeni reallıqlar ortaya çıxaracaq. Çünki 18-19% ərazilərini itirmiş halda da olsa, qonşuluqda yenə dənizə çıxışını qoruyub saxlamış müstəqil, milli Ukrayna dövləti mövcudiyyətini davam etdirəcək, özü də bu dəfə Qərb qoşunlarının mühafizəsi və qarantiyası altında. Bu, Rusiyanın bir daha Ukraynanı təhdid edə bilməyəcəyi və onu birdəfəlik itirəcəyi anlamına gəlir. Halbuki rus imperializminin bu qanlı müharibəni başlatmaqda fundamental məqsədi Ukraynanı təkrar Moskvanın asılılığına qaytarmaqdan ibarət idi.

Rusiya içərisindəki şovinist-millətçi çevrələr əvvəl-axır Putini sorğulayacaqlar.