vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
09:22 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Fort Knox”da qızıl axtarışı

İlon Mask qiymətli metal ehtiyatlarını yoxlaya biləcəklərinə dair siqnal verdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) milyarder rəhbəri İlon Mask qiymətli metalların saxlandığı “Fort Knox”dakı qızıl ehtiyatlarını yoxlaya biləcəklərinə eyham vurub.

Mask sosial media platforması “X” hesabında “Fort Knoxda qızıl tapmaq” başlıqlı paylaşım edib. Yuta senatoru Mayk Linin Kentukki ştatındakı Fort Knoksa girişinə icazə verilməməsi ilə bağlı yazdığı yazıdan sitat gətirən Mask, “”Fort Knox”dan qızıl oğurlanmadığını kim təsdiqləyir? Bəlkə var, bəlkə də yox. O qızıl Amerika xalqına məxsusdur. Hələ də orada olub-olmadığını bilmək istəyirik”, –deyib.

““Fort Knox”a canlı video tur etmək əla olardı”, – Mask başqa bir paylaşımda yazıb.

Bu təklif ilk dəfə Kentukki senatordan gəlmişdi. Rand Paul ötən həftə Maskı “Fort Knox”dakı qızıl ehtiyatlarını araşdırmağa çağırmışdı.

ABŞ Maliyyə Nazirliyinin saytında yer alan məlumata görə, ziyarətçilərə icazə verilməyən “Fort Noks”da qiymətli metal ehtiyatları saxlanılır.

ABŞ Xəzinədarlığının saxladığı qızılın demək olar ki, yarısı “Fort Knox”da saxlanılır. Ölkənin hazırkı qızıl ehtiyatları 147,3 milyon unsiya olaraq qeyd olunur.