vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SOSİAL  
09:51 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 299 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5 uşaqlı valideynlərə pensiya güzəştləri

Çoxuşaqlı ailələrə müavinət ödənilməlidirmi?

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Son zamanlar bizə ünvanlanan müraciətlər içərisində 5 uşaqlı ailələrə aylıq müavinətin ödənilib-ödənilməməsi ilə bağlı xeyli suallar var. Hazırda 5 uşağı olan valideynlər daha tez pensiyaya çıxmaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar. Bu Qanuna görə, 5 və daha çox uşağı olan ailələr çox uşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi?

“Sosial müavinətlər haqqında” Qanuna əsasən isə, beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir. Yəni, həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar. Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinət ilə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir.

Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur.  Yəni, beş uşağı olan ailələr pensiya daha tez çıxa bilsələr də sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı.

Əhalinin sonuncu siyahıya alınmasına görə ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunurlar. Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-I 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda, 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.

Bu isə o deməkdir ki, “Sosial müavinətlər haqqında” Qanunun “Əmək pensiyaları haqqında” Qanunun sözügedən  maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailənin aylıq müavinət almasına imkan yarada bilər.