
6 min şagird yeməkdən zəhərləndi
İndoneziya məktəblərindəki pulsuz yemək proqramı narahatlıq yaradıb
İndoneziya məktəblərindəki pulsuz yemək proqramı narahatlıq yaradıb
Evindən silah arsenalı tapıldı
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Nə vaxtadək qabağa getmək istəyən universitetləri arxadan tutub saxlayacaqlar?
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Dili bilməyən şagirdlər üçün qapılar bağlanır
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Uşaq məktəbə yalnız kitab çantası ilə gəlmir – o, öz ilə küçədə, evdə, ictimai nəqliyyatda gördüyü, eşitdiyi, hiss etdiyi bütün emosional yükü də gətirir. Məktəbəqədər və ibtidai yaş dövründə uşaqların psixoloji və sosial formalaşması, ətraf mühitin onlara necə davrandığı ilə sıx bağlıdır.
Dünyaca məşhur təhsil tədqiqatçısı Urie Bronfenbrenner deyirdi: “Uşağın inkişafı təkcə məktəbdə baş vermir. Onun ailəsi, qonşuluğu, küçəsi, mediaya baxışı da bu inkişafın bir hissəsidir.”
OECD-nin 2022-ci il “Early Learning and Child Well-being” hesabatına əsasən, məktəbəqədər yaşlı uşaqların sosial-emosional bacarıqlarının 63 faizi ailə və ictimai mühitdən gələn təsirlər nəticəsində formalaşır. Bu isə o deməkdir ki, məktəb uşağın formalaşmasında tək aktor deyil – sadəcə son dayanacaqdır.
Lev Vıqotski qeyd edirdi: “Uşaq üçün öyrənmə sosial kontekstdə baş verir. Ətraf mühit onun öyrənmə sürətini və keyfiyyətini təyin edir”.
İctimai nəqliyyatda şahidi olduğu bir aqressiv davranış, evdə valideynlər arasındakı gərginlik, ya da küçədə gördüyü təhlükə, uşağın məktəbdə özünü necə aparacağını, müəllimin dediklərinə necə reaksiya verəcəyini və ümumilikdə öyrənmə motivasiyasını ciddi şəkildə dəyişə bilər.
Təhsildə uğur yalnız sinif otağında yazılanlarla ölçülmür. Uşağın daxilində daşıdığı dünya, ətrafından əxz etdiyi duyğular və davranışlar onun ən fundamental “dərslikləri”dir. Məhz buna görə təhsil təkcə məktəbdə yox, bütün cəmiyyətdə baş verməlidir.