

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
Fransanın nüvə potensialı ABŞ-a alternativ ola bilərmi, Almaniya nüvə silahı ilə bağlı qapıları açıq qoyur
Brüsselin qərarına Rusiyadan reaksiya gəldi
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
Anlaşmaya qədər ...
Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır
Putin Makronu Rusiyanı “təhlükə” olaraq gördüyünə görə tənqid etdi
Böyük ölkələrin getdikcə praqmatikləşdiyi dünyada kiçik ölkələrin hələ vaxtı var
Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında keçirilən görüşdə Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq etdi. Onlar ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar aparıb.
Bunlar bəlli faktdır. Bu məsələ ilə bağlı “Newsweek” “Russian Businessman With Close Ties to Putin Mediating Trump Talks: Report” (Putinlə yaxın əlaqələri olan rusiyalı iş adamı Trampın danışıqlarında vasitəçilik edir) adlı məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, əslində Rusiya tərəfindən bu danışıqlara Kirill Dmitriyev (1975) rəhbərlik edir. O, Putinə bağlı “The Russian Direct Investment Fund”a rəhbərlik edir. Bu fond 10 milyard dollarlıq kapitala sahibdir. O, etnik baxımdan rus olsa da Kiyevdə doğulub. 14 yaşına qədər orada yaşayıb. Sonra ABŞ-a köçüblər...
Krill Dmitriev Rusiya, Fransa, İtaliya və Qazaxıstanın ali mükafatları ilə təltif edilib.
O, Natalia Valerievna Popova ilə evlidir. Bu xanım isə Putinin kiçik qızı Katerina Tixonova ilə yaxın rəfiqədir. Bu xətt üzrə Krill Dmitriev irəli gedib və Putinin biznes imperiyasını da o idarə edir...
Bəzi təhlilçilər vurğulayır ki, o, sadəcə Putinə yaxın olan bir şəxs deyil. Rusiya prezidenti öz yerini ona ötürmək istəyir. Təxminən Boris Nikolayeviç Yeltsin hakimiyyəti Vladimir Putinə ötürdüyü kimi...
Krill Dmitrievin ən böyük üstünlüyü ondadır ki, o, Qərbdə xüsusi simpatiya ilə qarşılanır. Çünki Amerikada (Stanford University) təhsil alıb...
Yəni ABŞ-Rusiya danışıqlarının verdiyi imkandan yararlanaraq Vladimir Putin öz yerinə xələfini də keçirə bilər. Bu keçidi Qərb də ciddi şəkildə müdafiə edərdi. Çünki müsbət imici olan Krill Dmitrievlə işləmək onlar üçün daha asandır. Vladimir Putinin isə imici ürəkaçan deyil...