vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
14:01 | 7 mart 2025 | Cümə Məqaləyə 137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Naftoqaz” obyektləri vurulub

Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Əvvəllər raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını Ukraynanın elektrik infrastrukturuna yönəldən Rusiya, son aylarda Ukraynadakı qaz anbarları və istehsal sahələrinə hücumlarını kəskin şəkildə artırıb.

Rusiya qüvvələri son pilotsuz təyyarə və raket zərbəsində Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alıb.

Ukraynanın energetika naziri Qermen Qaluşenko, “Yenə Ukraynanın müxtəlif bölgələrində enerji və qaz infrastrukturu intensiv raket və pilotsuz təyyarələrdən atəşə tutulub”, – deyib.

“Xilasetmə qrupları və enerji işçiləri hücumun nəticələrini aradan qaldırmaq üçün mümkün olan hər yerdə işləyirlər. Elektrik və qaz təchizatının stabilləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür”.

Hücum nəticəsində Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz”a məxsus təbii qaz hasilatı obyektlərinə ziyan dəyib. “Qaz hasilatını təmin edən obyektlər zədələnib. Xoşbəxtlikdən insan itkisi olmayıb”, – şirkət “Telegram”da bildirib.

Ternopil qubernatoru Vyaçeslav Neqoda hücumun qərb bölgəsindəki kritik sənaye obyektinə dəydiyini və qaz təchizatında məhdudiyyətlərin ola biləcəyini açıqlayıb. O, həmçinin qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri bir raketi vurub və itki yoxdur.

Şəhərin qubernatoru Oleq Sinequbovun sözlərinə görə, Xarkovun şimal-şərqində Rusiya qüvvələri mülki biznesi hədəfə alıb və azı 5 nəfəri yaralanıb.

Şimali Çerniqov vilayətində hücum nəticəsində istehsalat obyektlərindən birinə ziyan dəyib. Region qubernatoru Vyaçeslav Çaus təfərrüatları açıqlamayıb.

Qərbi İvano-Frankivsk vilayətinin qubernatoru Svetlana Onışçuk bildirib ki, hava hücumundan müdafiə sistemləri infrastruktur obyektlərinə edilən hücumu dəf edib və dağıntı və tələfat barədə məlumat yoxdur.

Əvvəllər raket və PUA hücumlarını Ukraynanın elektrik sektoruna yönəldən Rusiya, son aylarda Ukraynadakı qaz anbarlarına və istehsal sahələrinə hücumlarını xeyli artırıb.