
AB danışıqların sürətindən narazıdır
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Şəxsi məlumatların Çinə ötürülməsinə görə...
Hətta müalicə üçün də ...
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Avrozona birinci rübdə 0,4 faiz artıb
Hansı ölkələrdə vəziyyət daha pisdir?
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir
Avropa Birliyi Maltanın bazarını bağladı
Le Penin varisi seçkilərdə qalib gəlsə, Avropanın ən gənc dövlət başçısı olacaq
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
Dünən Brüsseldə keçirilən Avropa Birliyinə (AB) üzv ölkələ başçılarının sammitində Yunanıstanın baş naziri Kiriakos Mitsotakis heç bir ad çəkmədən Türkiyəni hədəfə alıb. Yunan mediasının sözlərinə görə, Mitsotakis Avropanın Yunanıstanın maraqlarına məhəl qoymamasından və Ankaranın yanında olmasından şikayətlənib.
ABŞ prezidenti Donald Trampın Rusiyaya üz tutmasından və Ukraynaya hərbi yardımı dayandırmasından təşvişə düşən Avropa Birliyi ölkələri dünən Brüsseldə keçirilən AB Liderlər Zirvə toplantısında bir araya gəlib. Üzv dövlətlərin liderləri 800 milyard avroluq yeni müdafiə planı və Ukraynaya veriləcək dəstəyi müzakirə edərkən, sammitə qatılan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin gündəmi çox fərqli olub.
***
Dünən Brüsseldə keçirilən Avropa Şurasının fövqəladə müdafiə sammitində çıxış edən Mitsotakis deyib ki, Avropa qitəsinin təhlükəsizliyi hərtərəfli nəzərdən keçirilməlidir. Hökumət mənbələrindən verilən məlumata görə, Mitsotakis təhlükəsizlik anlayışının Avropanın şərq sərhədləri ilə məhdudlaşa bilməyəcəyini vurğulayaraq, Qərbi Balkanlar, Cənub-Şərqi Aralıq dənizi və Yaxın Şərqdə təhlükəsizlik təhdidlərinin olduğunu iddia edib.
Yunanıstanın “News247” xəbər portalında yer alan xəbərə görə, Mitsotakis bu sözlərlə avropalı tərəfdaşlarına dolayısı ilə Ankaraya eyham vurub və Türkiyənin Cənub-Şərqi Aralıq dənizindəki hərəkətlərinə diqqət çəkib.
***
Xəbər agentliyi keçən bazar Böyük Britaniyanın təşəbbüsü ilə təşkil edilən Avropa müdafiəsi və Ukrayna sammitinə Yunanıstanın deyil, Türkiyənin dəvət edildiyini xatırladaraq, “Bu, Avropalı müttəfiqlərin Türkiyəni Avropa müdafiəsinə daxil etmək üçün ilk cəhdi deyil. 2000-2003-cü illər arasında aparılan müzakirələrdə Böyük Britaniya, Almaniya və ABŞ-da Türkiyəni Avropa ordusuna daxil etməyə cəhd göstərib”, – deyib.
***
“Aydındır ki, artıq AB üzvü olmayan, lakin Fransa, eləcə də mərkəzi və şimali Avropanın digər ölkələri ilə rəqabətdə Avropanın müdafiəsində aparıcı rol oynamağa çalışan Böyük Britaniya da Türkiyəni potensial müdafiə tərəfdaşı kimi görür”, – etirafını edən “News247”, Brüsseldəki görüşlə bağlı AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın Ankaranı şəxsən məlumatlandıracağına diqqət çəkib və bu açıqlamalara yer verib;
***
“Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olması və Avropa müdafiə sənayesinin ən yaxşı müştərisi olması tərəfdaşlarımızın Yunanıstanın maraqlarına məhəl qoymayaraq niyə onu yox, Ankaranı seçmələrini izah edir”.
***
Cənubi Kipr (GCASC) lideri Nikos Christodoulides Türkiyənin Ukrayna böhranındakı rolundan narahat olduğunu açıq şəkildə ifadə edərək, Ankara ilə Moskva arasındakı münasibətləri bəhanə edib və Ukrayna ilə bağlı Avropa Birliyi liderləri ilə danışıqlara qatılmaması lazım olduğunu bildirib.