vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
12:46 | 25 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukraynanın xərclərini Rusiya ödəməlidir”

Makron: “Heç kim güclülərin qanununun keçdiyi bir dünyada yaşamaq istəməz”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Emmanuel Makron Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb. Makron Ukrayna ilə bağlı dəyərləndirmələr edərkən bildirib ki, Ukraynaya verilən pullar Rusiya tərəfindən kompensasiya edilməlidir.

Fransa prezidenti Emmanuel Makron deyib ki, mümkün sülh “Ukraynanın təslim olması demək deyil”.

Makron Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransı keçirib.

Makron, təxminən 5 il əvvəl baş verən yanğından sonra bərpa işlərinin tamamlandığı Parisdəki Notr-Dam Katedralinin dekabr ayında açılış mərasimində iştirak etdiyi üçün Trampa təşəkkür edib və ABŞ-a bu səfərində geosiyasi məsələlərin onun üçün prioritet olduğunu bildirib.

Ukraynanın Rusiyaya qarşı göstərdiyi müqavimətin hər kəs tərəfindən təqdir edildiyini bildirən Makron 3 ildir davam edən müharibə ilə bağlı “Heç kim güclülərin qanununun keçdiyi bir dünyada yaşamaq istəməz”, – deyib.

Digər tərəfdən, Makron Trampın Ukrayna üçün “sülh qurmaq arzusunu” paylaşdıqlarını qeyd edib və ABŞ prezidenti ilə görüşləri zamanı bu mövzuda “əhəmiyyətli irəliləyiş” əldə etdiklərini bildirib.

Makron həmçinin Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyindən məmnun olduğunu bildirib.

Ukraynada sülhün “həyatları xilas etmək üçün bir zərurət” olduğunu qeyd edən Makron, “Sülh Ukraynanın təslim olması demək deyil və atəşkəs təhlükəsizlik zəmanəti olmadan əldə edilə bilməz”, – deyib.

Avropanın təhlükəsizliyi və müdafiəsi üçün “daha ​​çox şey etməyə” hazır olduqları mesajını verən Makron, “Avropanın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olması ilə bağlı açıq mesaj verirəm”, – deyib.

***

Digər tərəfdən Emmanuel Makron jurnalistlərə açıqlamasında ABŞ-ın Ukraynaya xərclədiyi pulu Ukraynanın qaytarıb-ödəməməsi ilə bağlı sualı cavablandırıb. “İlk növbədə, Ukraynaya dəyən ziyan ödənilməlidir və ödənilən pulu Ukrayna deyil, Rusiya ödəməlidir, çünki müharibəni Rusiya başlayıb”, – deyə Makron bildirib.

Makron Donald Trampın Avropa ölkələrinin Ukraynaya verdiyi pulların kredit olduğu ilə bağlı iddialarını da rədd edərək, pulların geri alınmayacağını bildirib.