
Qitələrarası nümayiş
Şimali Koreya motoru işə saldı
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
Şimali Koreyalı işçilərdən Rusiya etirafı
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Daha bir Şimali Koreyalı cənuba keçdi
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) bu gün verdiyi xəbərə görə, Şimali Koreya lideri Kim Çen In ölkəsinin güclü ordu quruculuğunda uzun bir yol keçdiyini, lakin ideologiyası olmayan silahların sadəcə “dəmir parçaları” olduğunu bildirib. Kim Çen In elit hərbi briqadalar qarşısında çıxışında ölkəyə sadiqliyini vurğulaybı.
Kimin Kim İr Sen adına Siyasət Universitetində etdiyi şərhlər, ölkədə artan siyasi qeyri-müəyyənlik fonunda, Ukraynaya qarşı müharibədə Rusiya ilə birlikdə döyüşən 10.000-dən çox Şimali Koreya əsgərinin ağır itki verdiyi barədə yayılan xəbərlər bağlı danışıb. Kim bildirib ki, Şimali Koreya ordusu dünyanın ən güclü ordusuna çevrilməyi hədəfləyir və bu missiyanın diqqət mərkəzində “Partiyanın və Xalq Ordusunun siyasi, ideoloji, mənəvi və əxlaqi fəzilətləri” olmalıdır.
“İdeologiyasız silahlar sadəcə dəmir parçalarıdır... Ordu quruculuğu zamanı ordunun siyasi, ideoloji və mənəvi cəhətdən güclü olmasına həmişə və tamamilə üstünlük verilməlidir. Dövlət bunu tələb edirsə, çətinliklərin öhdəsindən gəlməkdə və xoşbəxtliyi qurban verməkdə misilsiz sədaqət və qəhrəmanlıq xalqımız tərəfindən yüksək qiymətləndirir”, – deyə Kim bildirib.
Kim çıxışında ABŞ və Cənubi Koreyanın regional gərginliyin artmasına görə məsuliyyət daşıdığını deyib. ABŞ prezidenti Donald Tramp Kimlə əlaqə saxlayacağını desə də, qarşı tərəf, daha çox nüvə silahı yaratmaq da daxil olmaqla, əks tədbirlər görəcəyini vəd edib.
Xarici mətbuatın məlumatına görə, Şimali Koreya Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi göstərməsi iddialarını rəsmən qəbul etməyib.