vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
10:41 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 69 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hər şeyin dəyişdiyi dünyadayıq”

Həftəsonu Londonda Avropanın müdafiəsi üzrə toplantısı keçiriləcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərə baş naziri Keir Starmer dünən axşam saatlarında təşkil etdiyi mətbuat konfransında Ukrayna və ABŞ ilə bağlı mühüm açıqlamalar verərək, həftə sonu bir çox ölkənin iştirakı ilə toplantı keçiriləcəyini açıqlayıb. Polşanın baş naziri Donald Tusk da Londonda Avropanın müdafiəsi ilə bağlı toplantının keçiriləcəyi xəbərini təsdiqləyib.

Mətbuat konfransının əvvəlində Rusiya-Ukrayna müharibəsinə toxunan Starmer, “Rus tanklarının yenidən Avropa şəhərlərinə girəcəyini desəydilər, buna inanmazdım. Amma indi hər şeyin dəyişdiyi bir dünyadayıq”, – deyib.

Rus gəmilərinin Böyük Britaniya sahillərində üzdüyünə də diqqət çəkən Starmer, Rusiyanın Ukraynada dayanmadığını və onlar üçün də təhlükə yaratdığını ifadə edərək, “Sülh üçün mübarizə aparmalıyıq”, – deyib.

Avropalı əsgərlərin Ukraynaya göndərilib-göndərilməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, Starmer də mövzu ilə bağlı açıqlama verib. Starmer deyib ki, ABŞ zəmanət versə, Ukraynaya qoşun yeridə bilər.

Starmer Böyük Britaniyanın müdafiə büdcəsinin ümumi milli məhsulun 2,5 faizə qədər artırılacağını açıqlamışdı.