vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
KARYERA  
02:14 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pis niyyət maskası

Makiavelist şəxsiyyət və manipulyasiya taktikası

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Makiavelist şəxs bəzən insanlar arasındakı münasibətləri manipulyasiya etməyə yönəlmiş bir strategiya kimi görünə bilər. Lakin bu insanların bəzilərinin əslində pis niyyətləri ola bilər. Başqa sözlə desək, onlar təkcə öz maraqlarını düşünmür, həm də başqalarının hisslərini və etibarını nəzərə almayaraq, özlərini ən yaxşı şəkildə yerləşdirməyə çalışırlar.

Həyatda hər şeyi öz xeyrinə çevirməyə çalışan, başqalarını manipulyasiya etməkdən çəkinməyən, insan münasibətlərini öz mənfəətləri üçün alətə çevirən insanlara rast gəlmisən. Bu tip insanların psixologiyada bir adı var – Makiavelist insan.

Makiavelizm nədir?

Makiavelizm öz adını 16-cı əsr italyan mütəfəkkiri Nikkolo Makiavellidən almışdır. Makiavelli, “məqsədin vasitələrə haqq qazandırdığı” anlayışı ilə siyasətdə və idarəçilikdə güclü olmaq üçün mənəvi dəyərlərin arxa planda saxlanması lazım olduğunu müdafiə edirdi. Zaman keçdikcə bu düşüncə insan münasibətlərində manipulyasiyaya əsaslanan bir şəxsiyyət xüsusiyyəti olaraq təyin olunmağa başladı. Makiavelizm — hədəfə çatmaq üçün ediləcək hər bir hərəkətin düzgün hesab edildiyi fəlsəfədir.

Makiavelistlərin xüsusiyyətləri

Makiavelist davranışlı insanlar adətən aşağıdakı xüsusiyyətlərə malikdirlər:

• Manipulyativ davranışlar: Başqalarını öz maraqlarına yönəltmək üçün müxtəlif taktikalardan istifadə edirlər.

• Emosional məsafə – insanlarla səmimi və dərin əlaqələr qurmaqdan çəkinirlər.

• Peşmanlıq hiss etmirlər – qeyri-etik davranışlarından peşman olmazlar.

• İnandırma bacarıqları yüksəkdir – sözləri və hərəkətləri ilə insanlara asanlıqla təsir edə bilirlər.

• Onlar güc və nəzarət yönümlüdürlər – insanları idarə etməyi və öz üstünlüklərini maksimum dərəcədə artırmağı hədəfləyirlər.

Makiavelist insanlarla necə davranmalı?