

Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
“Alfred” tropik siklonu Avstraliyanın şərq sahillərini təhdid edir
“Qızıl qollu adam” Harrison 1173 dəfə qan verməklə dünya rekordu qırıb
Utancaq olmasına baxmayaraq kazuarların hücumu çox vaxt ölümlə nəticələnir
150-yə yaxın fiziki şəxs və qurum qara siyahıya düşüb
Avstraliyalı milyarder: “Kanberradakı bataqlıq qurudulacaq!”
Avstraliyada 157 qatil balina özünü sahilə atıb
Avstraliya xarici vətəndaşlara iki il müddətinə mülk sahibi olmağı qadağan edir
Dehli Tokionun təklifi ilə razılaşmır
Alyans kvant texnologiyasına üstünlük verib
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
Avstraliya səfirinin paylaşımı diplomatik böhrana səbəb oldu
Park rəsmilərinin nadir adlandırdıqları hadisədə zərərçəkən qolundan və çiynindən yaralanıb
Sistem səhvinə görə 80 faiz endirimlə satılan uçuş biletləri ləğv ediləcək
19 milyard dollarlıq bərpaolunan enerji layihəsi üçün icazə veririldi
Vaşinqton Seula 3,5 milyardlıq hücum helikopterləri satdı, Avstraliya-İndoneziya saziş imzaladı
İqlim böhranı səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşən Sakit okean adası Nauru pul qarşılığında vətəndaşlıq təklif etməyə başlayıb. Cəmi 21 kvadrat kilometr ərazisi ilə Vatikan və Monakodan sonra dünyanın üçüncü ən kiçik ölkəsi olan Nauru çərşənbə axşamı qızıl viza tətbiq etdiyini açıqladı.
13 min əhalisi olan ölkənin lideri David Adinq Nauru vətəndaşlarının gələcəyini təmin etmək üçün belə bir addım atdıqlarını bildirir: “Nauru üçün bu, təkcə iqlim dəyişikliyinə uyğunlaşmaq deyil, gələcək nəsillər üçün davamlı və firavan gələcəyi təmin etməkdir. Bu, yaşamaqdan daha çox şeydir. Bu, gələcək nəsillərin təhlükəsiz və dayanıqlı bir evə sahib olmasını təmin etməkdən ibarətdir. Qarşıdakı yolçuluğa hazırıq”.
İqtisadi və İqlim Dayanıqlı Vətəndaşlıq Proqramı çərçivəsində 105.000 dollara Nauru vətəndaşı olmaq mümkündür. “The Guardian” xəbər verir ki, bu pasport Böyük Britaniya, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Honq Konq da daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı verəcək.
Avstraliyanın şimal-şərqində yerləşən ada dövlətinin sakinləri suyun səviyyəsinin qalxması səbəbindən daha yüksək yerlərə köçmək məcburiyyətində qalırlar.
Qızıl Pasport proqramının rəhbəri Edvard Klark deyir ki, ilk ildə təxminən 6 milyon dollar gəlir əldə etməyi hədəfləyirlər. Onun sözlərinə görə, bu, gələcəkdə 43 milyon dollara çata bilər.
Səlahiyyətlilər adanın əhalisinin 90 faizinin daha yüksək yerlərə köçməli olacağını bildirir. Bu kütləvi köçürmənin birinci mərhələsinin ən azı 60 milyon dollara başa gələcəyi gözlənilir.
Digər tərəfdən, Avstraliya Milli Universitetindən Henrietta McNeill qızıl pasport tətbiqinin cinayət qrupları tərəfindən sui-istifadə edilə biləcəyinə diqqət çəkir. O bildirir ki, çirkli pulları yumağa cəhd edən və ya vizasız girişdən sui-istifadə edən insanlar bu proqramlardan faydalana bilərlər.
Bununla belə, Klark müraciətlərin hərtərəfli nəzərdən keçiriləcəyini söyləyib: “Bu proqram təkcə yeni pasport əldə etmək deyil, qlobal çağırışlara qabaqcıl həll yollarına həsr olunmuş icmaya qoşulmaqdır”.
Avstraliya 2012-ci ildə Nauru hökumətinə sığınacaq axtaranları deportasiya etmək üçün adada həbsxana qurması üçün pul ödəyib. Lakin müəssisədə 14 nəfər həlak olduqdan sonra insan hüquqlarının pozulması ilə bağlı mərkəzə qarşı ən azı altı iddia qaldırılıb. Avstraliya hökumətinin rəqəmlərinə görə, 2024-cü ilin avqust ayına kimi müəssisədə 87 nəfər saxlanılır.