vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
15:29 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 96 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən sadə yolu seçdi

Vladimir Putin KQB məktəbində “ələ almaq” dərsi keçib

Y.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Boris Nemtsovun qətlinin 10-cu ildönümüdür. O, “Üsyankarın etirafları” adlı memuarlarında yazırdı.

“Putin baş nazir olanda və əslində, ölkədəki bütün hakimiyyət ona keçəndə əsas telekanalları tabe etməyi qərara aldı. Qusinski Putinin əleyhinə idi, Lujkov və Primakova oynayırdı, Yavlinski ilə də sığortalanırdı. Berezovskiyə Lujkov və Primakovun qələbəsi sərf etmirdi, ona görə də Putinə oynayırdı. Qalan telekanallar (NTV-dən başqa) Putinə tabe olmadılar, amma onunla razılığa gəldilər. Qısası, Putin və Berezovski seçkilərdə qələbə üçün çox mühüm olan özünəməxsus sövdələşmə bağladılar. Nəticədə Putin prezident seçkilərini uddu, Boris Abramoviç isə Qaraçay-Çərkəzdən Dövlət dumasının deputatı oldu.

Yadımdadır, Berezovski mənim parlamentdəki kabinetimə gəldi – özündənrazı, məmnun. Oturmuşuq, çay içirik və sözləri uzada-uzada deyir: “Edəcək bir şey yoxdur heç. Nə edə bilərdik, etdik. Putini seçdik. Hər şey nəzarət altındadır. Maraqsızdır. Bilmirəm, nə ilə məşğul olum”. Mən, az qala, stuldan yıxılacaqdım: “Borya, çox darıxmayacaqsan. Putin çox tezliklə dəyişəcək. Onu zəif, yalvaran görməyini və sənin lütfkarca onu dəstəkləməni sənə heç vaxt bağışlamayacaq. Yadda saxla: heç vaxt bağışlamayacaq!” Berezovski mənə dəli kimi baxdı. Lakin... Qüdrətli oliqarx çox tezliklə Rusiyada hakimiyyəti də itirdi, pulları da. Birinci növbədə telekanalı aldılar, sonra da qalanlarını. İndi Londonda oturub və Putinə qarğış edir. FSB zabiti Litvinenkonun Londonda qorxunc qətlindən sonra Berezovski Lubyankadan qatillər gözləyir və öz kölgəsindən qorxur. Düşünürəm, FSB-dən olan adamı dəstəkləmək qərarı verdiyi günü yüz dəfələrlə lənətləyib.

Putin özü üçün işi də, həyatı da asanlaşdırdı. Ən sadə yolu seçdi: müxalifəti, azad mətbuatı məhv etdi, qubernatorların müstəqilliyinə son qoydu. Rusiyada federalizmə və yerli özünüidarəyə son qoydu. Putin qərara aldı ki, ən yaxşı idarəetmə üçün hamını farağat duruşunda cərgələrə düzmək lazımdır; qoy hamı onun necə böyük olduğunu çığırsınlar. Hər yerdə onun portretləri asılsın. Rusiyaya bu üsullarla rəhbərlik etmək strateji planda ölümcül təhlükəlidir, ancaq şəxsən prezident üçün məhz belə sistem daha sadə və rahatdır. Axı loyal korrupsionerlərə fikir verməmək hər gün öz ünvanına tənqid eşitməkdən asandır. Seçkiləri faktiki ləğv etmək hər dəfə uduzmaqla risk etməkdən daha təhlükəsizdir. Amma mən Rusiyanı belə tezliklə 180 dərəcə çevirməyin mümkün olacağına inanmırdım.

Yenə də Rusiya prezidenti – çox ciddi və çox məşəqqətli işdir, burada “məsuliyyət” açar sözdür. Putin daha az müqavimət olan yolla getməyə qərar verdi, zatən çekistləri belə də öyrədiblər. Əslində o, Rusiya üçün məsuliyyətdən boyun qaçırdı, şəxsən özünün təhlükəsizliyini təmin etdi və tarix buna görə ondan hesab soruşacaq.

Vladimir Putin KQB məktəbində “ələ almaq” dərsi keçib. Görünür, pis öyrənməyib, öz beşini alıb və indi öz biliklərini, bacarıqlarını və fəndlərini praktikada təkmilləşdirir. O, mənimlə söz azadlığından danışacaq: “bir bax, “Kommersant”da yenə mənim üstümə nəcis töküblər, “Novoya vremya”da necə pis olduğumdan yazıblar... Bu azadlıq deyil, bəs nədir?” Və ya: “Görürsən, 11 sentyabrdan sonra amerikalıların dərdinə şərik oldum, Əfqanıstanda da onlara kömək etdim...”. O, bunu mənə deyəcək. Patruşev gələndə isə ona, yəqin, belə deyəcək: “Hamını ayaqyoluda gəbərdin, izləyin, atdanıb düşsələr – kameralar bəs qədərdir”. Putin kiminlə və nə haqda danışmağı, hansı intonasiya və hansı leksika seçməyi bilir və onun siyasi uğurunun sirri də bundadır”.