

Trampın müavin təyinat etdiyi Danel Bongino məxfi sirləri yaymaqda günahlandırılıb
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib
Milli Konqresin səhər yeməyində qidalara həşəratlar qoyulub
İranlı hakerlər Donald Trampın seçki qərargahını hədəf alıb
FTB Trampın qulağına dəyən cismi təsdiqlədi
Polis və prokurorun dəlilləri “saxta” çıxdı
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
“Qatil qətldən 3 ay əvvəl MKİ-nin gizli əməliyyatında iştirak edib”
ABŞ-da 40 min insanı qaranlığa qərq edən hücum
Birincilər Yaradanın, ikincilərsə İblisin yerdəki kölgələridir
Erməni yeznəsi senatorun başı problemlərdən açılmır
Generalın qalstukunda gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...
ABŞ-a təhvil veriləcəyi gözlənilən Nikulin internet şirkətlərindən informasiya oğurlamaqda ittiham edilir
«ABŞ-da nifrət zəminində cinayətlərin sayı artıb»
Ceffri Epsteyn işi ilə bağlı yeni yayımlanan sənədlər gözləntiləri qarşılamadığı üçün tənqid edilir. Cümə axşamı ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər arasında Epsteynin əlaqə məlumatları, uçuş qeydləri və qanunsuz fəaliyyətləri ilə bağlı məlumatlar var.
“The New York Post” qəzetinin məlumatına görə, sənədlərdə “Epsteyn işi” ilə əlaqə saxladıqları arasında Maykl Cekson, Rolling Stones qrupunun solisti Mik Caqqer, aktyor Alek Baldvin, model Naomi Kampbell və rok ulduzu Kourtni Lav kimi adlar var.
Sənədlərdə ABŞ prezidenti Donald Trampın kabinetinin səhiyyə naziri Robert Junior Kennedinin anası Ezel Kennedinin, habelə Nyu-Yorkun keçmiş qubernatoru Endrü Kumonun da adı çəkilir.
Qeydlərdə Trampın birinci xanımı İvana Tramp və qızı İvanka Trampın adları görünsə də, ABŞ prezidentinin adı çəkilmir.
“The New York Times” (NYT) hesabatı, uçuş qeydləri və əlaqə siyahıları kimi məlumatların daha əvvəl ictimaiyyətlə paylaşıldığını xatırladır və yeni açıqlanan sənədlərin gözləntiləri qarşılamadığını bildirir: “Sənədlərin paylaşılması Ədliyyə Nazirliyində şəffaflığın yeni dövrü kimi qiymətləndirilib. Amma daha çox siyasi teatr olaraq qaldı”.
Respublikaçılar da sənədlərdə vacib məlumatların olmamasına etiraz ediblər. Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna sosial media hesabında, “Bizim və Amerika xalqının istədiyi bu deyil. Məyus olmuşuq. İstədiyimiz məlumatı bizə verin”, – paylaşıb.
Ədliyyə Nazirliyi sözügedən sənədlərin məxfilikdən çıxarıldıqdan sonra dərc edildiyini bildirib. Bununla belə, NYT bildirir ki, sənədlərin heç birində məxfi və ya məxfilikdən çıxarıldığına dair heç bir əlamət yoxdur.
Xəbər “Epsteyn işi” ilə bağlı sui-qəsd nəzəriyyələrini də xatırladır. Bu nəzəriyyələr iddia edir ki, Epşteynin ölüm səbəbini və fahişəlik şəbəkəsində iştirak edən bəzi güclü şəxslərin adlarını gizlətmək üçün dövlət səviyyəli böyük bir sui-qəsdi qurulub.
ABŞ Baş prokuroru Bondi FTB-nin “Epstein işi” ilə bağlı minlərlə səhifəlik sənədləri gizli saxladığını iddia edib və onların da açıqlanacağını bildirdi. Bondi həmçinin FTB direktoru Kaş Patelə vəziyyətə baxmağı tapşırıb.
“Epsteyn işi”
18 yaşından kiçik onlarla qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə həbs olunduqdan sonra köçürüldüyü Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
Epsteynin sevgilisi Qisleyn Maksvell də 2022-ci ilin iyununda qızların fahişəlik şəbəkəsinə cəlb edilməsinə köməklik etdiyi üçün 20 il həbs cəzasına məhkum edildi.