vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:46 | 1 mart 2025 | Şənbə Məqaləyə 302 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Haqq yolunun xalqları ...

... və Trampın tezliklə şərə urcah olacağına inanc

Kərim KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağ Evdə Tramp-Zelenski-Vens arasında yaşananlar səhnələşdirilmiş tamaşa, yaxud Zelenskinin Trampa qarşı Türkiyə və Avropa liderləriylə kordinasiya olunmuş gedişi deyilsə, onda Zelenskinin liderliyi 2022-ci ilin əvvəllindəki kimi yenidən sınaqla üz-üzədir.

Gənclik illərimdə hardansa oxumuşam, ya da kimdənsə eşitmişəm (bunu xatırlamıram, amma hadisə barədə söhbət yadımdadır) ki, 1946-cı ildə İranın o zamankı baş naziri Qəvvam Əs-Səltənə Moskvada, Kremldə Stalinlə görüşərkən onun kabinetinə daxil olanda qapının ağzında diz üstə çökərək düz Stalinin dayandığı yerə qədər eləcə dizi üstə gedib və dünya proletariatının dahi tiranının ayaqlarını qucaqlayaraq ona yalvarmağa başlayıb:

– Sizə yalvarıram, İranı parçalamayın!..

Bunun nə dərəcədə həqiqət olduğunu bilmirəm, qeyd etdiyim kimi, hətta yaddaşıma haradan düşdüyü də yadımda deyil. Ancaq düşünürəm ki, mümkün ola bilən bir işdir.

O zaman Cənubi Azərbaycanda milli hökumət qurulmuşdu və Sovet qoşunları da oraya yeridilmişdi.

“Ze-Teer” görüşündən sonra mətbuatda və sosial şəbəkələrdə buna oxşar fikirlər qarşıma çıxır: əslində Zelenski Trampa yalvarıb kömək istəməliydi, əksinə xoruz kimi dimdikləşməməliydi.

Bu cür fikirlər söyləyənləri də başa düşmək olardı, ancaq bu görüşün keçirildiyi ölkə ABŞ, yer isə ABŞ prezidentinin iqamətgahı olan Ağ evdəki yumurtavari kabinet olmasaydı.

Axı Azərbaycan müstəqil olandan bəri Amerika Birləşmiş Ştatlarının hər şeydən qabaq demokratik prinsiplər, dünyəvi dəyərlər və hüquq və azadlıqlar ölkəsi olduğunu gözümüzə soxublar.

Yəni ABŞ nə İrandır, nə Sovet İttifaqıdır, nə RSFSR-dir, nə də Rusiya Federasiyası!

İndi dəyərlər ölkəsi, işğala məruz qalan, vətəni-yurdu, şəhərləri-kəndləri dağıdılan, əhalisi kütləvi şəkildə günahsız yerə qətlə yetirilən – əzilən tərəf olan dövlət başçısını kabinetinə çağırır, onu ev sahibi olaraq təhqir edir – işğalçıya qarşı qaldırdığı mübarizə bayrağını endirməyi və silahı yerə qoymağı – faktiki olaraq təslim olmağı tələb edir.

Həmsöhbətinin bununla dərhal razılaşmadığını görəndə isə onu çoxsaylı başqa insanların və media nümayəndələrinin qarşısında, bir daha deyirəm, təhqir edir.

Yəni bütün dəyərləri ayaq altına atıb tapdalayır!

Ona ayıb olsun!

Özü də çox ayıb olsun!

Azərbaycan xalqı onunla ilə eyni taleni yaşayan, bədbəxtliyə düçar olan və HAQQ yolunda qızğın, şiddətli və qanlı mübarizə aparan qəhrəman Ukrayna xalqının tərəfindədir!

Və ölməz və məğlubedilməz, müvəqqəti məğlub olsa da, bununla heç vaxt barışmayacaq Ukrayna xalqının seçdiyi prezidenti alqışlayır.

Şərin yanında yer alan “amerikanski” Trampın isə tezliklə şərə urcah olacağına da qətiyyətlə inanır!