vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
15:50 | 2 mart 2025 | Bazar Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın iqtisadiyyat naziri qovuldu

Parlament Himmətini vəzifəsindən azad edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda iqtisadi problemlər qarşısında səmərəsiz olmaqda günahlandırılan iqtisadiyyat naziri Əbdünnasir Himməti tutduğu vəzifədən uzaqlaşdırılıb.

İran parlamenti iqtisadiyyat naziri Himmətiyə qarşı etimadsızlıq təklifini təsdiqləyib.

Himməti ilə bağlı təqdim edilən təklif açıq iclasda 6 saat davam edən müzakirədən sonra səsə qoyulub. Təklif 89 lehinə, 182 əleyhinə səslə qəbul edilib. 1 deputat bitərəf qalıb. Beləliklə, Himməti məclisdən etimad səsi ala bilməyib tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bir qrup millət vəkili iqtisadi problemlərin dərinləşməsinə görə məsuliyyət daşıyan iqtisadiyyat naziri Əbdünnasır Himməti əleyhinə parlamentə etimadsızlıq təklifi təqdim etmişdi. Himməti valyuta və qızıl məzənnələrinin həddən artıq artmasına biganə qalmaqda ittiham olunurdu. Fevralın 19-da Himmətiyə qarşı təqdim edilən etimadsızlıq təklifi 91 deputatın imzası ilə gündəmə gətirilmək üçün qəbul edilmişdi.