

“Hər dörd ölkədən biri qadın hüquqları sahəsində geri addımlar atıb”
Siyasi təzyiqlə suverenliyə müdaxilə prinsiplərin pozulmasıdır
ABŞ dövlət katibi Rubio etnik türklərin Çinə təhvil verilməsini pisləyib
UNHCR Tayland hakimiyyətinə çağırış etdi
Vaşinqton və Birləşmiş Millətlər Təşkilatının gələcəyi
BMT-də Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnamə qəbul edib
MSMT üzvləri adından bəyanat yayıldı
Dövlət Departamenti internet saytında Çinə istinadları dəyişir
BMT baş katibi DƏP əməkdaşının öldürülməsini pisləyib
... Yaxud dünya siyasəti dalana dirənib
BMT nümayəndəsi İrandakı qadın fəallara qarşı münasibəti kəskin tənqid edib
Susayan Haiti lideri Fils suyu küpdən içib
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
Dünya liderlərini bir araya gəlib
BMT-nin baş katibi Quterreş: “Veto hüququnu bəyənmirəm”
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bu gün Sudandakı vətəndaş müharibəsi ilə bağlı hesabat dərc edib. Bildirilib ki, hər iki tərəf uşaqlara qarşı əvvəllər məlum olduğundan daha geniş miqyasda cinsi təcavüzlər edir və bundan müharibə taktikası kimi istifadə edilir.
Silahlı şəxslərin 1 yaşı tamam olan uşaqlara təcavüz etdiyi bildirilmiş və bu dəhşətli cinayətlərin “hər kəsi dərindən sarsıtmalı” olduğu vurğulanıb. Bu cinsi təcavüzlərə qarşı təcili tədbirlər görülməsinə çağırış edilib.
2024-cü ilin əvvəlindən bu yana 221 uşaq zorlama hadisəsinin qeydə alındığı bildirilən hesabatda, bunların 66 faizində qızların hədəf alındığı bildirilib.
Məlum zorlamaların 16-da qurbanların yaşı 5-dən kiçik olub.
UNICEF uşaqlara qarşı daha 77 cinsi hücumun olduğunu bildirdi ki, bunların əksəriyyəti zorlama cəhdidir.
BMT agentliyi real rəqəmlərin tam bəlli olmadığına diqqət çəkərək, qurbanların və ailələrinin məsələ ilə bağlı danışmaqda tərəddüd etdiklərini əlavə edib.
Qızların qohumlarının gözü qarşısında zorlandığı da bildirilib.
“Sudanda milyonlarla uşaq zorlama və digər cinsi zorakılıq formaları riski altındadır. Bunlar müharibə taktikası kimi istifadə olunur. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Müharibə cinayətlərinə bərabər olan bu hərəkətlərə son qoyulmalıdır”, – UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.
Sudanda 2023-cü ildə yenidən başlayan vətəndaş müharibəsində ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurma gedir.
Ən azı 20.000 insanın öldüyü, 12 milyondan çox insanın öz ev-eşiyindən didərgin düşdüyü vətəndaş müharibəsi iki generalın ölkəni mülki idarəçiliyə qaytarmaq və HDK-nı orduya inteqrasiya etmək prosesində fikir ayrılığı ilə başladı.
Darfurda qaradərili insanlar növbəti dəfə soyqırımına bərabər zorakılıqların hədəfinə çevrildi, hətta paytaxt Xartum da vətəndaş müharibəsi zonasına çevrildi.