

90 yaşına çatmış insanların qanında fərqlər aşkar edilib
“8 Martda kimlə bərabər olacaqlar? Klara Setkinlə?”
“Hər dörd ölkədən biri qadın hüquqları sahəsində geri addımlar atıb”
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Həmişə yumşaq və ətirli olmağa borclu deyilik
“Sanki bir kazinoda qumar oynayanlar kimi bunun cəzasını çəkir”
Əslində bunları bütün insanlar bilməlidir
Qızların və cavan qadınların yarısı plastik əməliyyat haqqında düşünür
Bir çox xəstəliklərə tutulma riskini azaldır
... Yaxud “məni istəyən aşığa xələt versin” çağırışı
Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
“Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir”
... Yaxud ağrı ilə nifrətin düz mütənasibliyi
Bakı gülsatanlarının 8 mart hazırlıqları - 700 manata da buket var
XX əsrin ilk illəri. Dörd uşaq anası olan Meri digər müsabiqə iştirakçıları arasında səhnədə idi. Bir çox qadın –kök, bığlı, qısa boylu qadınlar böyük pul mükafatı almaq üçün yarışırdı.
Meri də, “Dünyanın ən çirkin qadını müsabiqəsi”nə qatılmışdı. O, əsəbi halda ətrafa baxdı. Zalı ağzına qədər dolduran tamaşaçılar səhnədəki qadınlara gülürdülər. Meri utandığndan başını aşağı saldı. Bir anlıq səhnədən çıxmaq istədi və o anda evdəki ac uşaqlarını xatırladı. Onun bu yarışmadan alacağı pul çox önəmli idi. O, ərinin ölümündən sonra pozulmuş güzəranını başqa cür bərpa edə bilməzdi. Qışqırıqlara və gülüşlərə baxmayaraq o, səhnədə gözləməyə davam etdi.
Yarış günü podiumda müxtəlif vizual çirkinliyi olan qadınlar olub. Tamaşaçılar onlara baxır, gülür, ələ salırdılar. Məryəm utanaraq onların qarşısında dayandı. Bir anda ordan getməyi düşündü, amma ağlına uşaqları gəldi. O, bütün gücünü toplayıb fəxri kürsüdə dayanmağa çalışdı. Bir vaxtlar gözəlliyinə görə ondan üz döndərəcək insanlar indi onun çirkinliyinə baxıb gülürdülər.
“Hər şey uşaqlarım üçündür” – öz-özünə dedi.
Yanındakı bığlı qadın.
– Başa düşmürəm, nəsə dedin? – deyə soruşdu.
– Heç nə. Mən heç nə demədim.
Məryəm gözlərini yumdu və əvvəlki halını düşündü.
Meri 1874-cü ildə Londonda anadan olub. Çox gözəl qadın idi və xəstəxanada tibb bacısı idi. Əksər qadınların arzularından biri olan evlənmək üçün onun ətrafında çoxlu kişilər var idi. Çünki həqiqətən çox cazibədar və gözəl qadın idi. O, seçimini edərək Tomas Bevanla evləndi. Onların 4 övladı olub. Ancaq Meri ana olduqdan sonra izah edə bilmədiyi baş və əzələ ağrıları yaşamağa başladı. Dərman tapmaq üçün həkimləri gəzdi, amma o vaxt xəstəlik hələ aşkar edilməmişdi. Ona görə də həkimlər Meri dərdinə çarə tapmaq bir yana, xəstəliyin səbəb belə tapa bilmirdilər. Sonra xəstəliyin “Akromeqaliya” olduğu anlaşıldı. Meri xəstəliyi ilə mübarizə apararkən, əri qəflətən dünyasını dəyişdi və Meri uşaqları ilə tək qaldı. İndi onun daha böyük problemi var idi. Buna görə öz ağrısı ilə yaşamağa davam etməli idi. Onun dörd övladı var idi və onlara qulluq etməli idi. Vaxt keçdikcə Meri üzündəki dəyişiklikləri hiss etməyə başladı, amma əvvəlcə o qədər də əhəmiyyət vermədi. Günlər keçdikcə üzündəki anormallıqlar özünü göstərməyə başladı; üzü böyüyürdü. Gözləri, dodaqları, yanaqları, burnu, alnı... hamısı anormal şəkildə dəyişməyə başladı. Meri nə baş verdiyini başa düşmədi. Xəstəlik irəlilədikcə üzü tanınmaz hala gəldi. O, artıq əvvəlki kimi cazibədar deyil, daha çox çirkin bir qadın idi.
Görünüşü o qədər dəyişdi idi ki, artıq xəstəxanada işləmək mümkün deyildi. İşindən azad edildi. Çarəsiz halda dörd uşaqlı dul qadın kimi nə edəcəyini düşünməyə başladı. İstənilən işi görməyə hazır idi, amma görünüşünə görə heç kim onu işə götürmürdü. Üstəlik, küçədə gedərkən belə ələ salırdılar. O, bu düşüncələrlə mübarizə apararkən qadınlığının yaratdığı “gözəllik narahatlığı” ağlından belə keçmədi. Onun yeganə dərdi uşaqlarının qayğısına qalmaq idi. Bir gün eşitdi ki, dünyanın ən çirkin qadın yarışması olacaq. Bu yarışma sirk tamaşasına bənzəyirdi. Çirkin olduqlarına əmin olan qadınlar sərgilənəcək, ən çirkini isə tamaşaçıların gülüşü ilə müəyyən ediləcəkdi. Verilən mükafat kifayət qədər yüksək idi. Bu, Meri son çarə kimi müsabiqədə iştirak etmək qərarına gəldi.
Meri bunları düşünərkən birdən alqış səsləri eşitdi və gözlərini açdı. Bəli, Meri “Dünyanın ən çirkin qadını” müsabiqəsinin qazanmışdı. Sonda onun gücü, müqaviməti və analığı öz bəhrəsini vermiş və o, müsabiqənin qalibi olmuşdu. Mükafatı alanda onun gözündən və ürəyinə bir cüt yaş axdı. O, artıq uşaqları üçün “dünyanın ən çirkin qadını” idi. Bəli, o, indi “dünyanın ən çirkin qadını” adıyla tanınacaqdı.
Üstəlik, çap mediası dünyasından müsabiqəyə maraq o qədər güclü idi ki. Merinin çirkinliyi şöhrəti tezliklə hər yerə yayıldı. Haqqında çoxlu çirkin və alçaldıcı yazılar yazılsa da, o, əl çəkmədi. O, hətta bu vəziyyətdən uşaqları üçün öz xeyrinə istifadə edən ağıllı və fədakar bir ana oldu. Görünüşünə görə işə götürülməyən Meri həmin gündən sirklərdə işləməyə başladı. O, insanların lağ etdiyi, güldüyü, əyləndiyi ana idi. Onun bu analıq tərəfini heç kim görmədi. Bu şoularda onu həmişə qəribə adlandırırdılar. İnsanlar onu həmişə məsxərəyə qoyurdular, amma Meri günün sonunda uşaqlarına gətirəcəyi çörəyi düşünərək heç birinə məhəl qoymurdu. İllərlə övladlarını bu yolla böyüdən qadının çox mehriban ana olduğu deyilrdi.
Fədakar ana Meri 1933-cü ildə 59 yaşında dünyasını dəyişdi və son nəfəsinə qədər sirklərdə çalışdı və “dünyanın ən çirkin qadını” olmaq üçün mübarizə apardı. Onun yeganə narahatçılığı övladlarının heç kimdən asılı olmaması idi. Övladları ölənə qədər böyük qürur hissi ilə onu fədakar ana kimi ürəklərində yaşatdılar.
Çünki o, dünyanın ən gözəl anası idi.