vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TEXNİKA  
00:18 | 12 mart 2025 | Çərşənbə Məqaləyə 40 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya əhalisinin yarısının genetiki ortaya çıxdı

Harvard DNT araşdırması: “Təxminən 400 dilin mənşəyinin tapıldığı düşünülür”

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

DNT (Dezoksiribonuklein turşusu) analizi Hind-Avropa xalqının 5000 il əvvəl Ukraynada yaşamış Yamnaya xalqından gəldiyini müəyyən edib. Harvard Tibb Məktəbində çalışan genetik Devid Reyx tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Avropa və Qərbi Asiya xalqlarının və onların nəsillərinin mənşəyi 5000 il əvvəl indiki Ukrayna ərazisində yaşayan kiçik çoban icması olan Yamnayaya gedib çıxır.

Araşdırmada Avropanın 100 fərqli bölgəsindən götürülmüş, tarixdən əvvəlki dövrdə yaşamış təxminən 450 adama aid DNT nümunələri araşdırılıb. Daha əvvəl əldə edilmiş 1000 genetik nümunə də tədqiqata daxil edilib.

Keçən ay “Nature” elmi jurnalında dərc olunan iki məqalə genetik məlumatları arxeoloji və linqvistik tapıntılarla müqayisə edib. Tədqiqatçılar hesab edirlər ki, əvvəllər naməlum insanlar eramızdan əvvəl 3000-ci ildən əvvəl Volqa çayından Qara dənizin şimalındakı Ukrayna çöllərinə köç edib və oradakı digər insanlarla qarışaraq Yamnaya əmələ gəlib.

Yamnayanın ilk yarandığı Ukraynanın Mixaylovka kəndi hazırda Rusiyanın işğalı altındadır. Alimlər deyirlər ki, Yamnaya buradan Avrasiyaya yayılaraq, onların genlərini və həyat tərzlərini Portuqaliyadan Monqolustana qədər yayır.

Arxeoloqlar və genetiklər deyirlər ki, bu yayılma bu günə qədər dünyanın genetik və mədəni irsinin çox hissəsini müəyyən edir. Reyx deyir ki, Yamnaya miqrasiyaları Avropanın və nəhayət dünyanın əhalisini dəyişib. Qeyd edilir ki, dünyada yaşayan təxminən 4 milyon insan bu nəsildəndir.

İsveçin Göteborq Universitetindən Yamnaya mütəxəssisi Kristian Kristiansen, “Bu inanılmaz genişlənmə müasirdən əvvəlki qloballaşmanın əsasını qoydu”.

Araşdırmada tez-tez düşmən kimi görülən Romalılar və Keltlər kimi qədim sivilizasiyaların bu genetik və mədəni irsi paylaşdığı bildirilir.

Yamnaya dilinin latın, yunan, ingilis, rus, urdu və alman dilləri də daxil olmaqla, təxminən 400 dilin əcdadı olduğu da qeyd edilir. Digər tərəfdən, Estoniyadakı Tartu Universitetinin DNT tədqiqatçısı Lehti Saaq, “Təkcə genetik tapıntılar dilin mənşəyini müəyyən etmək üçün heç vaxt kifayət etmir”, – deyib.