vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
11:46 | 15 mart 2025 | Şənbə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Həbs olunmalıdırlar”

Trampın sərt cavabı: “Ən alçaldıcı dövr idi”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı Co Bayden administrasiyasını və ona qarşı çıxan dövlət rəsmilərini hədəfə alıb.

Bayden dövründə qanunun ona qarşı istifadə edildiyini iddia edən Tramp, “Amerika ədalət tarixində qürurverici yeni bir dövrə başlayarkən, biz də bir dövrü geridə qoyuruq. Dörd il qanunsuzluq, ədalətin silah kimi istifadə olunması və zorakı cinayətkarlara boyun əyilməsi baş verib”.

Bayden administrasiyası dövründə baş verən hüquqi sui-istifadələrə görə məsuliyyətin olacağına işarə edən Tramp, “baş verən haqsızlıqları və sui-istifadə edənlərin qanun qarşısında cavab verməsini təkid və tələb edəcəyəm”, – deyib.

Amerika xalqının qazandıqları seçki ilə onlara qanunsuzluqları araşdırmaq imkanı verdiyini müdafiə edən Tramp, “Amerika xalqı bizə bir səlahiyyət verdi. Və onlar əslində sistemimizin qanunsuzluqlarının hərtərəfli araşdırılmasını tələb edirlər”, – deyib.

***

Co Baydenə uduzduğu 2020-ci il seçkilərinin saxtalaşdırıldığı iddiasını təkrarlayan Tramp, “Hiylə və saxtakarlıqla dolu seçkinin ölkəmizə nə qədər böyük təsiri oldu. Fikirləşəndə ​​bizə bunu edənlər həbsxanaya getməlidir. Onlar həbs edilməlidir. Düşünürəm ki, bu, ölkəmizin tarixində ən alçaldıcı dövr idi”, – deyib.

***

Tramp ABŞ-da bəzi dövlət məmurlarının son illərdə korrupsiyaya uğradığını bildirib: “Birincisi, biz bu divarlar arasında deyilən yalanlara və edilən sui-istifadələrə qarşı dürüst olmalıyıq. Təəssüf ki, Amerika hökuməti sıralarında bir korrupsioner qrup xainlər və radikallar uzun illər qurulan etimadı və xoş niyyəti son illərdə məhv etdilər. Təhlükəsilik və hüquq-mühafizə orqanlarının nəhəng gücünü Amerika xalqının iradəsini əngəlləmək üçün istifadə etdilər”.

“Keçən ay mən Co Bayden tərəfindən təyin edilmiş bütün radikal solçu cinayətkar prokurorları işdən çıxartdım. Biz yaramaz aktorları və korrupsioner qüvvələri hökumətimizdən qovacağıq. Onların dəhşətli cinayətlərini və kobud qanun pozuntularını tam ifşa edəcəyik. Siz heç vaxt belə bir şey görməmisiniz”. Tramp ədalətin təmin olunması baxımından bu prosesin “əfsanəvi” olacağını iddia edib.

***

ABŞ-da keçirilən son seçkilərdən əvvəl müxtəlif ittihamlarla məhkəməyə verildiyini xatırladan Tramp ingilis filosofu Con Lokkun ABŞ Ədliyyə Nazirliyinin divarlarında da yazılan “Qanun bitən yerdə tiranlıq başlayır” sözlərini xatırladıb.

Qanunun siyasi rəqibləri məğlub etmək üçün istifadə edilməməsi lazım olduğunu deyən Tramp, “Siyasi rəqibinizin arxasınca gedə bilməzsiniz”, – deyib və əlavə edib ki, onun administrasiyası dövründə ABŞ-da ədaləti bərpa ediləcək.