
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
ABŞ-da prezident Donald Tramp administrasiyası Cənubi Afrika Respublikasının səfiri İbrahim Rəsulu “persona non qrata” elan edib. Bunun üzərinə Cənubi Afrika administrasiyasına nəzakətli olmaq çağırışı edilib.
ABŞ Dövlət Katibi Marko Rubio cümə günü sosial şəbəkədəki paylaşımında Rəsulun ölkədə artıq xoş qarşılanmadığını deyib.
“İbrahim Rəsul Amerikaya və prezidentliyə nifrət edən irqçi siyasətçidir”, – Rubio bildirib.
Rubio bu sözləri sağçı media orqanı “Breitbart” tərəfindən dərc olunan məqaləyə cavab olaraq deyib. Məqalədə Rəsul Trampın 2024-cü il seçkiləri zamanı supremasist instinktini aktivləşdirdiyini yazmışdı.
Tramp həmçinin Cənubi Afrika hökumətinin onlarla pis rəftar etdiyini iddia edərək, ağ dərili cənubi afrikalı fermerlərə vətəndaşlıq verilməsi məsələsini gündəmə gətirib.
***
Cənubi Afrika hökuməti hadisələrin ardından şənbə günü bir bəyanat yayaraq, hadisələrin təəssüf doğurduğunu bildirib.
“Biz bütün müvafiq və təsirə məruz qalan maraqlı tərəfləri məsələ ilə bağlı qarşılıqlı münasibətlərdə müəyyən edilmiş diplomatik nəzakəti qorumağa çağırırıq. Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrə sadiq qalırıq”, – bəyanatda deyilir.
Cənubi Afrikanın Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Nazirliyinin sözçüsü Krispin Firi də “X”də yazdığı paylaşımda administrasiyanın ABŞ ilə diplomatik kanallar vasitəsilə əlaqə saxlayacağını bildirdi.