İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:22 | 16 mart 2025 | Bazar
Məqaləyə 374 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın xarici işlər naziri Abbas Araqçı ölkəsini təhdid edən və Tehranı Yəməndə husilərə dəstəyi dayandırmasını tələb edən ABŞ prezidenti Donald Trampı sərt tənqid atəşinə tutub... Husilər “Hücumlar cavabsız qalmayacaq” deyərək açıqlama da verib.
Araqçı, “X” sosial media hesabından paylaşdığı mesajda, “ABŞ hökumətinin İranın xarici siyasətini diktə etmək səlahiyyəti və vəzifəsi yoxdur. Bu dövr 1979-cu ildə başa çatdı. Keçən il Bayden İsrailə 23 milyard dollar vermək üçün aldadıldı”, – yazıb.
***
Tramp həmçinin İran hökumətinə çağırışında, “Husi terrorçularına dəstək dərhal dayandırılmalıdır. Amerika xalqını və prezidentini təhdid etməyin, əgər təhdid edirsinizsə, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və biz bu məsələdə yumşaq davranmayacağıq”, – deyilir.
***
Abbas Araqçı ölkəsini təhdid edən və Yəməndə husilərə dəstəyini dayandırmasını tələb edən ABŞ-a “İsrail dəstəyini dayandırın. Yəmən xalqını öldürməyi dayandırın”, – deyə cavab verib.
ABŞ prezidenti Tramp dünən “Truth Social” hesabında Yəməndə husilərə qarşı hərbi hücuma keçdiklərini açıqlayıb.
***
ABŞ prezidenti Donald Trampın verdiyi əməliyyat əmrindən sonra Yəməndə hücumların hədəfi olan İranın dəstəklədiyi husilər də sükutu pozub.
Husilərin siyasi ofisindən verilən açıqlamada Yəmənin ABŞ və Böyük Britaniyanın hücumlarının hədəfi olduğu və bu hücumların “tam hüquqlu müharibə cinayəti” olduğu bildirilib. Açıqlamada, “Hücumlar cavabsız qalmayacaq. Yəməndəki silahlı qüvvələrimiz hücumlara cavab verməyə hazırdır”, – yazılıb.
Bəyanatda qeyd olunub ki, Yəməndə mülki şəxsləri hədəf alan hücumlar “ABŞ-ın ona qarşı çıxan ölkələr və xalqlara qarşı terrorunun əlavə sübutudur”.