vaxtlı-vaxtında oxuyun! Bazar, 16 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
15:02 | 16 mart 2025 | Bazar Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

75 ildən sonra sükut

“Amerikanın Səsi” və “Azadlıq Radiosu” fəaliyyətini dayandırdı

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amerikanın Səsi” və “Azadlıq Radiosu” ABŞ hökumətinin maliyyələşdirməni dayandırması səbəbindən fəaliyyətini dayandırdıqlarını elan ediblər.

Bundan əvvəl “Amerikanın Səsi”nin demək olar ki, bütün heyəti — 1300-dən çox əməkdaş — inzibati məzuniyyətə göndərilib. Medianın direktoru Maykl Abramoviç bildirib ki, əməkdaşların işdən uzaqlaşdırılması işin davam etdirilməsini mümkünsüz edir və islahatların zəruriliyini vurğulayıb.

“83 il ərzində ilk dəfədir ki, “Amerikanın Səsi” susur”, – deyə o bildirib.

Eyni zamanda, “Azadlıq Radiosu” Konqres tərəfindən təsdiqlənmiş qrant vasitəsilə maliyyələşmənin dayandırılmasından sonra fəaliyyətini dayandırdığını açıqlayıb.

“Moskva və Minskdəki avtokratlar “Azadlıq Radiosu”nun 75 illik fəaliyyətindən sonra bağlanmasını qeyd edəcəklər”, – təşkilatın bəyanatında deyilir.

Bu hadisə, Donald Trampın “Azadlıq Radiosu” və “Amerikanın Səsi”ni nəzarətində saxlayan ABŞ Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı verdiyi fərmandan sonra baş verib. Ağ Evin saytında yayımlanan sənəddə bu qurumların fəaliyyətinin qanunla tələb olunan minimal funksiyalarla məhdudlaşdırılması göstərişi verilib.