vaxtlı-vaxtında oxuyun! Bazar, 16 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DİGƏR NÖVLƏR  
16:04 | 16 mart 2025 | Bazar Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Het trik” – əla başlanğıc

“McLaren” rəqiblər üçün əlçatmaz idi

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məncə, mövsümün ilk yarışı necə maraqlı alınırsa, davamı da elə gəlməlidir. Ona görə də, hazırlaşın, bizi maraqlı mövsüm gözləyir.

Əlbəttə, yarışı maraqlı edən dəyişkən hava şəraiti idi - əvvəlcə nəm trasda, daha sonra quru trasda, yağış altında və yekunda qurumaqda olan trasda gözəl mübarizə gördük, startdan əvvəl başlayan qəzalar sona qədər davam etdi və yekunda isə əvvəlcədən gözlənilən nəticə ilə də başa çatdı...

Bu gün “McLaren” rəqiblər üçün əlçatmaz idi. Lando Norris startda yerini qorudu və bundan sonra hər şey onun nəzarətində idi. Komanda yoldaşının təzyiqi altında yağış altında səhv etməsindən dərhal sonra pitə girməsi onun vəziyyətini xilas etdi. Son iki dövrədə isə Maksı arxasında saxlaya bildi – yağışda Maksın təzyiqi olsa da, quru havada sürət ehtiyatı kifayət qədər idi. Nəticədə mövsümdə ilk, karyerasında isə 5-ci qələbə, üstəgəl sürətli dövrə (het trik) əla başlanğıc oldu.

Maks Ferstappen dünən əlindən gələni edərək 3-cü nəticə göstərdi, bu gün isə əlindən də gəlməyəni edərək adına uyğun – maksimum çalışdı. Yarışın ilk hissəsində narıncı maşınların tempini saxlaya bilsə də, təkərləri effektivliyini daha tez itirdilər. Növbəti yağış zamanı daha bir şans aldı və son dövrələri hücum altında keçirdi, amma bu gün qələbə əlçatan deyildi.

Corc Rassell özü də podiumda qeyd elədi ki, qarşıdakı iki komandanın yarış tempi yüksək idi. Sıralanma turunda bir dövrədə yaxınlaşmaq mümkün olsa da, yarış tempində əsas rəqiblərə kifayət qədər uduzurlar. Amma yenə də mövsümə podiumla başlamaq həm sürücü, həm də komanda üçün əla oldu.

Yarışın qəhrəmanı isə Andrea Kimi Antonelli idi – əvvəla, komandası (oxu Bono) onun üçün düzgün qərarlar verdilər, vaxtında pitə çağırdılar. Özü də trasda lazım olan anda ötmələr etdi. Debütanta xas bəzi səhvlərini istisna etsək və cəriməsini nəzərə almasaq, təcrübəli komanda yoldaşının arxasında finiş ilk yarış üçün əla nəticədir.

Yarışın luzeri isə “Ferrari”dir – hər iki sürücü üçün eyni səhv strategiya qəbul olundu, ümumiyyətlə maşının tempi də yox idi.

Gələn həftə isə bizi Çin gözləyir – Şanxayda mübarizə davam edəcək...