

... Yaxud “ağ adam” səsilə danışan qaradərili
Tanınmışların Qarabağ mövzusunda çəkilən filmlər haqda rəyləri
«Mən qəhrəman deyiləm, qəhrəmanları oynamışam»
Rüstəm İbrahimbəyov filmlərimizin "Oskar"a namizədliyini niyə irəli sürülmür?
Azərbaycanda IMAX formatında kinoteatr açılacaq
Ölkənin ən böyük kinozalı hər kəsə müdhiş jest edir
Aşk Kırmızı Park Cinema-da mətbuata təqdim ediləcək
Hər həftənin eyni günü bütün seanslara biletlər 4 manat olacaq
Bu ay şəhərimizə 5 yeni film gəlib
2019-cu ildə Maykl Cekson haqqında “Leaving Neverland” (Neverlandı tərk etmək) sənədli filminin rejissoru Den Rid, pop ulduzun pərəstişkarları tərəfindən minlərlə ölüm təhdidinə məruz qaldığını söyləyib.
Rid sənədli filmdə iki nəfərin uşaq ikən məşhur müğənni tərəfindən zorakılığa məruz qaldıqlarını iddia etdikdən sonra hədəfə çevrildiyini bildirib.
***
Böyük Britaniyada çıxan “The Guardian” qəzetinə Rid deyib: “Məni tapmağa çalışan qatillər olub. Məni silahlı şəxslər güllələməklə hədələyiblər. Dəfələrlə ölümlə təhdidi almışam”.
Bu həftənin əvvəlində “Deadline”a verdiyi müsahibədə Rid, 2019-cu ildə HBO (Home Box Office – ABŞ kabel televiziyası şəbəkəsi) tərəfindən yayımlanan tənqidi bəyənilən ilk filmdən sonra “Leaving Neverland” 2-nin çəkilişini izah etdi.
İlk sənədli filmdə Ueyd Robson və Ceyms Seyfçak, karyerasının zirvəsində Cekson tərəfindən uşaqlıqda cinsi istismara məruz qaldıqlarını iddia etdilər.
Film ekranlara çıxanda həm rejissor, həm də sənədli filmdə çıxış edən şəxslər Cekson fanatlarının reaksiyası ilə üzləşib və onları “özünü müdafiə edə bilməyən günahsız adamdan pul qazanmağa çalışmaqda” ittiham ediliblər.
***
Bu həftə sonu “The Guardian”dan Zoi Uillyamsa danışan Rid, ona qarşı təhdidləri daha ətraflı izah edib: “Mən uzun illərdir ki, son dərəcə təhlükəli insanlarla qarşılaşmışam. Mən özümü “sərt oğlan” kimi təsvir etmək istəmirəm, amma məni həqiqətən narahat edən şeylər konkret təhdidlərdir. Üz-üzə edilən təhdidləri ciddi qəbul etdim. Ev ünvanımı tapmağa çalışanları, mənə bağlama göndərmək istəyənləri də ciddi qəbul etdim. Amma Çindən e-mail göndərən insanların heç bir vecinə də deyiləm. Əvvəlcə təyyarəyə minməli olacaqlar”.
“Leaving Neverland 2” ilk filmin qaldığı yerdən davam edir, Robson və Seyfçakın Ceksonun əmlakını idarə edənlərə qarşı hüquqi mübarizəsi və onların iddia edilən sui-istifadədə rol oynayanları məsuliyyətə cəlb etmək səylərindən bəhs edir.
HBO yeni sənədli filmin istehsalında iştirak etmir. “Leaving Neverland 2” filminin Şimali Amerikada “Real Stories”in “YouTube” kanalında premyerası olacaq.
Rid deyir ki, o, sənədli filmin mümkün qədər geniş auditoriyaya çatacağından “həyacanlıdır”.