

Şimali Koreyanın uğursuz sınağı bir şəhəri viran qoyub
Çəltik qabığından hazırlanmışdı döşəklərdə yatan, adi normal bezləri həsrət qalan, ümumi tualetdən istifadə edən zərif cinsin sərt nümayəndələri
Şimali Koreyadan qaçan əsgərin vəziyyəti ağırdır
Cins şalvar geyinməyə də qoymurlar, qol vurulanda sevinməyə də...
Şimali Koreyada nüvə poliqonundakı tuneldə uçqun baş verib
ABŞ kəşfiyyatı: «Kim Çen Inın başına bir iş gəlsə, bizdən soruşmayın»
Şimali Koreyadan Rusiyaya ayı xidməti
Tramp bombardmançıları Şimali Koreya üzərinə göndərdi
Şimali Koreya: «BMT-dəki militarist və sərsəm bəyanatı ilə ...»
Bütün avtoritar liderləri kimi o da uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək istəyir
Qərb mətbuatı tənqid edir
Tramp: «ABŞ Şimali Koreya ilə münasibətdə hərbi seçimə tam hazırdır»
ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ prezidenti KXDR-lə bağlı çox sərt danışdı
Koreya yarımadasını ikiyə bölən silahsızlaşdırılmış zonada çox nadir istifadə edilən Dorasan stansiyası yerləşir
Raket Yaponiyaının iki adasının ortasına düşüb
Şimali Koreya Xalq Demokratik Respublikası G7 xarici işlər nazirlərinin Kanadada keçirilən toplantısından sonra verilən birgə bəyanata sərt reaksiya verib. Şimali Koreya Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada, G7 ölkələrinin xarici işlər nazirlərinin Pxenyan rəhbərliyini nüvə silahlarına və ballistik raket proqramlarına son qoymağa çağırdıqlarını xatırladaraq, “Dünya sülhü və təhlükəsizliyinə ən böyük maneə olan G7 üzvlərinin, nüvə silahının yayılmasının qarşısının alınmasına yönəlmiş səylərin, müharibə sahibi dövlətin bu səbəblə şübhə altına alınmasından dərin narahatıq”, – deyilib.
Şimali Koreyanın suverenliyinə və daxili işlərinə qarışmağa dözməyəcəyi vurğulanan bəyanatda, G7 ölkələri nüvə silahından öz təcavüzkar və hegemon siyasi və hərbi məqsədlərinə çatmaq üçün əsas vasitə kimi istifadə etməkdə, nüvə silahının yayılmasının qarşısının alınması adı altında qeyri-qanuni və zərərli nüvə silahlarının yayılması fəaliyyətində ittiham olunur.
***
Dünyadakı nüvə gərginliyindən G7 ölkələrinin məsuliyyət daşıdığı iddia edilən bəyanatda, “Bütün faktlar göstərir ki, ABŞ və müttəfiqlərindən ibarət olan G7 beynəlxalq nüvə böhranı və bu böhranın artmasına görə məsuliyyət daşıyır və G7 ölkələri nüvə silahından tamamilə və qəti şəkildə imtina edən öncüllər olmalıdır”. G7 ölkələrinin nüvə hegemonluğuna can atdıqları iddia edilən bəyanatda, “Beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edən nüvə cinayəti təşkilatına çevrilən G7, nüvəsizləşdirmə və nüvə silahlarından imtina mövzusunda danışmadan əvvəl köhnəlmiş nüvə hegemonluğu ambisiyalarından qurtulmalıdır”.
***
Pxenyan rəhbərliyinin nüvə silahı inkişaf etdirmə fəaliyyətlərini yavaşlatmadan davam etdirəcəyi vurğulanan bəyanatda, “Şimali Koreyanın öz qanunları ilə qurulan nüvə enerjisi statusu, onu tanıyan heç kəsdən asılı deyil. Nüvə gücümüz suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiəsi, Şərqi Asiya və dünyada strateji sabitliyin təminatı üçün güclü bir ədalət aləti olmağa davam edəcək. Şimali Koreya xarici nüvə təhdidlərinə cavab olaraq öz nüvə silahı potensialını keyfiyyət və kəmiyyət baxımından yeniləməyə və gücləndirməyə davam, məsuliyyətli nüvə dövləti kimi ölkənin, regionun və dünyanın sülh və təhlükəsizliyini müdafiə edəcək”, – bildirilir.
***
ABŞ, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Kanada və İtaliyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri Kanadada bir araya gələrək görüş keçirib. Görüşdən sonra verilən birgə bəyanatda Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğu vurğulanıb. Pxenyan BMT qətnamələrinə uyğun olaraq nüvə silahı və ballistik raket proqramlarına son qoymağa çağırılıb.