Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
18:02 | 12 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 2890 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Şimali Koreyanın xarici işlər naziri deyir ki, Prezident Donald Tramp ABŞ-ın Şimali Koreyanı o hücum etdiyi təqdirdə «tamamilə dağıdacağı» haqda bəyanat verməklə müharibə fitilini yandırıb.
Prezident Tramp həmin bəyanatı ötən ay BMT Baş Assambleyasının toplantısında vermişdi.
«Biz deyə bilərik ki, Tramp özünün BMT-dəki militarist və sərsəm bəyanatı ilə bizə qarşı müharibə fitilini alovlandırıb», Ri Yonq Ho Rusiyanın TASS xəbər agentliyinə bildirib. O, ABŞ-ın «məntiqə uyğun» hərəkət etməli və Pxenyanı «təxribata çəkməməli» olduğunu əlavə edib.
Tramp Şimali Koreyaya mümkün hərbi həmlələri nəzərdən keçirirkən, çərşənbə axşamı ABŞ qüvvələri Yaponiya və Cənubi Koreya ordusu ilə birlikdə Koreya yarımadasının qərb və şərq sahillərində genişmiqyaslı hərbi təlimlər keçiriblər.
Özünün milli təhlükəsizlik heyətinin üzvləri ilə görüşdə Tramp Şimali Koreyanın hər hansı bir təcavüzünə cavab verməyin və Pxenyanın atom bombası ilə ABŞ və onun müttəfiqlərini hədələməsinin qarşısını almağın yollarını müzakirə edib.
«Güman edirəm ki, burada söhbət Şimali Koreyadan qaynaqlana biləcək mümkün atom hücumunun qarşısını önləyici hücumla almaqdan gedir», deyə regional təhlükəsizlik analitiki Daniel Pinkston bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Koreya yarımadasındakı son hərbi manevrləri digər iki müttəfiqin - Yaponiya və Cənubi Koreyanın razılığı ilə həyata keçirilir.
«Cənubi Koreya yarımada ətrafında strateji silah sistemlərin rotasiyasının tezləşdirilməsini xahiş edib və bu manevrlər həmin xahişin yerinə yetirilməsinə xidmət göstərir», Pinkston əlavə edib.
Ötən həftə ABŞ hərbi liderləri ilə İran və Şimali Koreyanı müzakirə etdikdən sonra Prezident Donald Tramp onlarla birlikdə şəkil çəkdirmiş və həmin anı «tufandan öncəki sakitlik» adlandırmışdır.
«Şimali Koreyada məqsədimiz atomsuzlaşdırılmadır», Tramp bəyan edib. «Biz bu diktaturanın millətimizi və müttəfiqlərimizi ağlasığmaz itkilərlə hədələməsinə imkan verə bilmərik. Biz nə lazımdırsa, onu da edəcəyik. Və inanın mənə, lazımdırsa, o, ediləcək».