ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
“Ursa Major”un kimin batırdığı məlum deyil
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
ABŞ Şimali Koreya sərhədləri yaxınlığına təlim uçuşları məqsədilə iki «B1-B Lancer» bombardmançı təyyarəsi göndərib. APA TV-nin «Reuters»ə istinadən məlumatına görə, Quam hərbi bazasından havaya qalxan təyyarələr Koreya yarımadasının şərq sahillərinə aviazərbələr endirilməsini simulyasiya edib.
Avqust ayında Pxenyanın nüvə təhdidləri səbəbindən ABŞ Şimali Koreyaya preventiv zərbə endirəcəyinin anonsunu verib. Bundan sonra isə oktyabrın əvvəlində Koreya yarımadası sahillərinə «Ronald Reagan» aviadaşıyıcısı göndərib.
Aviadaşıyıcının 15-20 oktyabr tarixləri arasında əraziyə çatacağı gözlənilir. Bombardmançıların potensial hədəfləri Şimali Koreyanın ballistik raket kompleksləri, eləcə də poliqonlarıdır.
Bu arada Donald Tramp Milli Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib. İclasda Şimali Koreya aqressiyasına qarşı ən sərt tədbirlər görülməsi qərara alınıb. İclasda Pentaqon rəhbəri Ceyms Mettis və Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford iştirak edib.
Xatırladaq ki, iki gün öncə senator Bob Korker Donald Trampın III Dünya müharibəsini başlamaq niyyətində olduğunu iddia edib. Ağ Ev rəhbəri məsələyə aydınlıq gətirərək «ABŞ ən azı son 25 ildə düzgün yolda olmayıb, biz indi düzgün istiqamətdə hərəkət edirik», - deyib. Trampın bu sözləri Bob Korkerin iddiasının təsdiqi kimi qəbul olunur.