ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
13:41 | 27 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 2452 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
“Ursa Major”un kimin batırdığı məlum deyil
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
ABŞ prezidenti Donald Tramp administrasiyasının nüvə və raket fəaliyyətləri ilə əlaqədar olaraq Pxenyana qarşı yeni sanksiyaları elan etdiyi bir vaxt Birləşmiş Ştatların Şimali Koreya ilə münasibətdə hərbi seçimə tam hazır olduğunu deyib.
«Biz üstünlük vermədiyimiz ikinci varianta tam hazırıq, amma biz bu variantı seçsək, bu, dağıdıcı olacaq. Mən sizə deyirəm, Şimali Koreya üçün dağıdıcı olacaq. Buna hərbi variant deyilir, əgər bunu seçməli olsaq, bunu edəcəyik», Tramp bildirib.
Ağ Evdə İspaniyanın baş naziri Mariano Rahoyla birgə mətbuat konfransında danışan Tramp bildirib ki, Şimali Koreyanın «bütün dünyanı təsəvvür olunmaz həyat itkisi ilə hədələməsinə bundan sonra imkan vermək olmaz».
ABŞ prezidenti İspaniya və Çin kimi ölkələrə Şimali Koreya rejiminin təcrid olunması istiqamətində atdığı addımlara görə təşəkkürünü bildirib.
«Bütün ölkələr rejimin tamamilə nüvəsizləşdirilməsinə əmin olmaq üçün hərəkət etməlidir», Tramp bildirib.
ABŞ administrasiyası çərşənbə axşamı günü Şimali Koreyanın səkkiz bankına və 28 bank işçisinə qarşı sanksiyalar tətbiq edib.
«Mən bu günlər bu qanunsuz rejimlə biznes quranlara qarşı yeni sərt sanksiyalar tətbiq etmişəm və Çinin bu yaxınlarda Şimali Koreya rejimi ilə ticarətin məhdudlaşdırılması istiqamətində fəaliyyətini alqışlayıram», prezident Tramp bildirib.