Kombayn problemi var
Taxıl zəmilərinin cəmi on faizi biçilib; nazirlik məhsuldarlığın hər hektardan 23,9 sentner olduğunu deyir
RÖYA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Buğda əkini stimullaşdırılır
Hökumət ixracatdan asılılığın azaldılmasına çalışır
-
Taxıl biçini başladı
Arpanın yerinə buğda əkiləcək
-
Taxıl problemi necə həll olunacaq?
Dəhlizin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb
-
Buğda yarıbayarı bahalanıb
İlk onluqda olan üç ölkə ixracatı dayandırıb
-
Müharibələr və istilər taxıla ehtiyacı artırıb
“Ukraynadakı vəziyyət dəyişməzsə dünyada aclıq ehtimalı artacaq”
-
Avtonom kombayn...
Fermerlərin yaxın vaxtlarda texnikaları sürücüsüz və uzaqdan idarə edəcək
-
Taxıl satan həmişə var
Ajiotaj yaratmağa qəti gərək yoxdur ...
-
Buğda idxalında dəyişim
Ölkədən çıxan hər 100 dolların 3-ü buğda idxalına xərclənib
-
Qazaxıstan taxıl ixracını məhdudlaşdırır
Dünya ərzaq təhlükəsizliyi baxımından həddindən artıq çətin il yaşayır
-
... Kombayn tapılmır
Arpa sahələrdə məhv olur ...
-
Taxıl bahalaşa bilər
Bazar risk eləmir
-
10 hektarı 4 günə əkir
Bu yeni texnika ilə 3500 manata başa gəlir
-
«Necə ola bilər ki...»
Heydər Əsədovun hesabatı özünü doğrultmur, İlham Əliyev taxıl müəmmasına görə kosmik peyki işə salır
-
Azərbaycanda hibridləşdirilmiş buğda satılır
Qorxu və ümidsizlik yaradan, müqavimət gücünü sıfıra endirən...
-
Unun qiyməti niyə qalxır?
Sahibkarlar kisələrə müdaxilə edir
-
Tranzit siyasəti bəhrəsini verir
Azərbaycan taxıl daşınmasında tranzit ölkəyə çevrilə bilər
Respublikanın aran rayonlarında taxıl biçini başlayıb. Proses ciddi problemlə müşayiət olunur. Fermerlər bildirirlər ki, kombayn çatışmazlığı var və bu, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Həmçinin bu il məhsuldarlığın aşağı düşməsi də ciddi problem hesab olunur. Kombayn olmaması səbəbindən bölgələrdə arpa biçini də ləngiyir.
Kənd Təsərrüfatı Nazirliyi isə məsələ ilə bağlı açıqlama verib.
İyunun 18-nə qədər payızlıq və yazlıq dənli və dənli paxlalı biktilərin biçini 21 faiz təşkil edir. Bu barədə “Yeni Müsavat”a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. O bildirib ki, biçiləcək 1279 min hektar sahənin 217477 hektarı, yəni 21 faizi biçilib. Ümumlikdə isə 518841 ton məhsul istehsal olunub. Məhsuldarlıq hər hektardan 23,9 sentner təşkil edir.
Buğda biçininə gəldikdə isə ümumi sahənin, yəni 690611 hektar ərazinin 67538-i, yəni cəmi 10 faizi biçilib.
Qeyd edək ki, 2013-cü il iyunun 1-nə olan məlumata görə isə bitkiçilik məhsullarının yığımı 23693 hektar təşkil edir. Qarğıdalı buraya daxil deyil. Ümumilikdə 57050 ton məhsul yığılıb ki, məhduldarlıq 24,1 sentner edir.
M.Hacıyev bölgələrdə kombayn çatışmazlığına da aydınlıq gətirib: “Kombayn ümumilikdə 2660 ədəd var. Onlardan biçində 2600-ü iştirak edir. 1240 kombayn yenidir, yeni gətirilib. 1360-ı isə köhnədən qalanlardır, 20 ildən artıq istifadə olunur. Bu il artıq fermerlərə 40 yeni kombayn verilib, 60 kombayn da tezliklə veriləcək. Bölgələrdə kombayn çatışmamazlığı ilə bağlı nazirlik rəhbərliyi müzakirə aparıb, qaynar xətt yaradılıb. ”Aqrolizinq"ə tapşırılıb ki, dağlıq ərazilərdə olan kombaynlar arana səfərbər olunsun. Buna görə artıq elə bir problem yaşanmır. Bizə gündəlik zənglər olur, dərhal da problem öz həllini tapır".