İki deputat cinayətin şahididir
Aydın Mirzəzadənin sürücüsünün işi məhkəməyə göndərildi
lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Fransada 12 yaşlı uşağın məhkəməsi
Montpelye prokuroru onu terror aktlarının təbliğində təqsirli bilib
-
Kremlin təhlükəli balans siyasəti
Rusiya həm Ermənistana, həm də Azərbaycana silah verməklə ən əvvəl öz maraqlarını güdür; Bakı seçim qarşısında
-
Azərbaycanda hakimlərin aylıq məvacibləri
«Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?»
-
«Trampın seçilməsi də sürpriz oldu»
ABŞ-dakı seçkilərə Azərbaycan siyasətçilərindən reaksiyalar
-
«Əlaqələrin genişlənməsində maraqlıyıq»
Əli Hüseynli Arif Rəhimzadənin yerinə keçdikdən sonra xeyli irəliləyiş var
-
«Məncə bu düzgün deyil»
YAP-çı deputat bir millət vəkilinin iki komissiyada təmsilinə etiraz etdi, spiker ona cavab verdi
-
Türkün dili tək sevgili, istəkli dil olmaz...
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz
-
«Erməni pilotlar Azərbaycanda dəfn edilsin»
Millət vəkilindən orijinal təklif
-
«ATƏT adına uyğun fəaliyyət göstərmir»
«Bakıda aparılan müzakirələrə görə Azərbaycandan inciməyə əsas yoxdur»
-
«Düşmənlə düşmən kimi davranmalıyıq»
«Torpağının bir hissəsi, əhalisi qaçqın olan ölkə sülhsevər ola bilərmi?»
-
Millət vəkili xalq artistinə baş çəkəcək...
...Gümrahlaşandan sonra
-
Zəhərlənmə faciəyə çevirildi
Lökbatanda qaza qatılan maddənin 8 nəfəri öldürdüyü deyilir
-
«Rusiya fürsəti əldən verməyəcək»
«Ukrayna hakimiyyətinin idarəetməni bərpası asan olmayacaq»
-
Ehtiyatlı olun!
Ölkədə saxta pullar
-
Deputatdan qadağaya reaksiya...
«Mən 32 manata telefon aldım və...»
Yanvarın 23-də millət vəkili Aydın Mirzəzadənin sürücüsünün törətdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Qocayev Faiq Əşrəf oğlunun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı ittiham aktı tərtib olunub və Baş Prokurorluğa göndərilib. Bir neçə gün əvvəl isə prokurorluq aktı təsdiq edərək aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərib. Artıq məhkəmədə işin icraatına başlanılıb.
Qeyd edək ki, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi, “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord” markalı, 10 PD 199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub. Qadın hadisə yerindəcə keçinib. Faktla bağlı təyin edilmiş ekspertiza sürücünün günahkar olması qənaətinə gəlib. Ekspertizanın rəyində bildirilir: “Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün bütün tədbirləri görməlidir”.Məhkəmə Ekspertiza Mərkəzi F.Qocayevin hadisə zamanı avtomobili dayandırmaq üçün bütün tədbirləri görmədiyini müəyyən edib və sürücünün baş vermiş qəzada günahkar olması qənaətinə gəlib.
Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. F.Qocayev barəsində isə iltizam qəti-imkan tədbiri seçilib.
Onu da qeyd edək ki, yol nəqliyyat hadisəsi zamanı Ağdam rayonunda keçiriləcək tədbirdə iştirak etmək üçün səfərə çıxmış Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Elman Məmmədov sərnişin qismində avtomobildə olublar.