
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Bu gün Azərbaycanı parçalamaq Rusiyanın maraqlarına xidmət etmir. Bunu Avropa.info-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Ukraynada və Krımda baş verən hadisələr Azərbaycandan və Qarabağdan uzaq olduğundan oradakı hadisələrin Qarabağ münaqişəsinə birbaşa təsiri yoxdur: «Rusiya Qafqazla bağlı ehtiyatlı siyasət yürüdür. Azərbaycanla da normal münasibətlər sərgiləməkdə maraq göstərir və Rusiya regionda hər hansı destruktiv və dağıdıcılıq işi görmək niyyətində deyil. Çünki bu regionda zəif Ermənistan Rusiya üçün uduşlu variant deyil».
Son günlərdə Krımda baş verən hadisələrə toxunan millət vəkili bildirib ki, Rusiya yaranmış fürsəti əldən verməyəcək: «Rusiya belə bir məqamı gözləyirdi ki, Krımı yenidən öz təsir dairəsinə keçirsin. Vaxtı ilə Krım vahid SSRİ dövləti tərkibində olanda o qədər də ciddi görünmürdü. Amma indiki şəraitdə bu region Rusiya üçün ciddi əhəmiyyət kəsb edir və buradan elə də asanlıqla vaz keçməyəcək».
Millət vəkili hesab edir ki, Rusiya bütün imkanlardan istifadə edib, Krımda mövqelərini daha da möhkəmləndirəcək: «Bunun üçün Rusiyanın hər cür imkanı var və bu gücü hesabına dünyaya öz diktəsini edə bilər».
A.Mirzəzadə onu da əlavə edib ki, bir sıra məqamlarda Qərb, xüsusən də ABŞ özü müəyyən etdiyi bəzi qaydaları pozur və bu baxımdan Rusiya da bu gün vaxtı ilə müəyyən etdikləri beynəlxalq qaydaları nəzərə almaya bilər: «Məsələn, Qərb vaxtilə Kosovanın müstəqilliyini elan edib onu tanıdı. Rusiya da bunun əvəzində Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Bu baxımdan nəyin bahasına olur-olsun Rusiya Krımdan geri çəkilməyəcək».
A.Mirzəzadə Ukraynanın dövlət olaraq parçalanmasını gözləmədiyini deyib və qeyd edib ki, bu ölkənin federallaşması artıq günün reallığıdır: «Faktiki olaraq Ukrayna bu gün iki yerə-Qərb və Şərqə bölünüb. Hesab edirəm ki, İsveçrə modeli Ukrayna üçün daha məqbul variant olardı».
Başqa bir səbəbə toxunan millət vəkili bildirib ki, Rusiyanın Krımda Ukraynadan fərqli olaraq itirəcəyi yox, qazanacağı bir çox məqamlar var: «Birincisi, Krımda yaşayan əhali rusları dəstəkləyir və bu bölgədə keçirilən referendumla Rusiya burada öz mövqeyini hüququ baxımdan daha da gücləndirəcək. İkincisi, mərkəzi Ukrayna hakimiyyəti burada idarəetməni demək olar ki, itirib və bərpa etməsi də asan olmayacaq. Digər bir əsas məqam isə Kiyevdə güclü hakimiyyətin olmamasıdır. Bütün bunlar Rusiyanın Krımda möhkəmlənməsini şərtləndirən əsas məsələlərdir».