AŞ-ın NK-ya sədrlik Azərbaycana keçdi
6 aylıq müddətdə demokratiya, təhlükəsizlik və stabillik prioritet olacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çəkələk ...
Məzarıma nə daş qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun ayağıyalın geyib getsin
-
«Kimə və nəyə lazımdır?»
Prezidentin köməkçisi: «Bu siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?»
-
Deputatlar Strasburqa gedir
AŞPA-nın sessiyası 5 gün davam edəcək
-
Moregini məruzə edəcək
Avropa Parlamentində Qarabağ müzakirələri
-
«İslahatlar bizi böyük çətinliklərdən sığortaladı»
«Verdiyimiz vədlər gördüyümüz işlərlə həmişə üst-üstə düşür»
-
AP-nin yeni sədrinin müavinləri də seçildi
Xalq partiyaları üstünlük təşkil edib
-
Millət vəkili Bakıya qayıda bilmir
Fransada keçirilən tətil Çingiz Qənizadəyə problem yaratdı
-
Avropa Şurasında sərgi
Strasburqda Azərbaycanla bağlı çoxsaylı mədəni tədbirlər keçirilir (FOTOLAR)
-
Rusiyaya qarşı iddia Avropa Məhkəməsində
Rəsmi Moskva 2006-cı il hadisələrinə görə cavab verəcək
-
«Özlərini pis vəziyyətə saldılar»
«Avropaya Azərbaycanla bağlı məlumatları daha geniş şəkildə çatdıracayıq»
-
Mirqədirovun çoxdan gözlənilən bəyanatı
Bunu mətbuata jurnalistin vəkili Elmar Süleymanov yayıb
-
Rusiya AŞPA-nı «satqın» adlandırdı
«Əksəriyyət hüququn aliliyini, insan hüquqlarını ayaqlar altına atdı»
-
AŞPA Rusiyanı cəzalandırır
«Bura Assambleyadır və bizim yeganə silahımız birlikdə danışmaqdır»
-
Rusiyanı cəzalandıran iki layihə
«Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq»
-
AŞPA-nın növbəti sessiyası nə vəd edir?
Şurada Rusiyanın səlahiyyətləri dondurula və səsvermə hüququ ləğv oluna bilər
-
Fransa kilsələrində Xocalı duaları
Ermənilər Fransa paytaxtında Tale Heydərovun təşkil etdirdiyi Xocalı tədbirini poza bilmədi...
Mayın 13-də Strasburq meriyasının qarşısında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə başlaması münasibətilə dövlət bayrağı qaldırılıb. AzərTAc-ın məlumatına görə, mərasimi açan şəhər merinin müavini Jan-Jak Qsel deyib ki, Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq dəfələrlə Avropa Şurasına üzv olan müxtəlif ölkələrin Nazirlər Komitəsinin sədrliyinə başlaması ilə bağlı bayraq qaldırılma mərasimi kimi yaddaqalan hadisələrin şahidi olub: «Özünəməxsus tarixə, müxtəlif dinlərə və mədəniyyətə malik olan üzv ölkələrin fəaliyyətində Avropa Şurasının əsas prinsipləri - demokratiya, insan haqları və qanunun aliliyi mühüm rol oynayır».
Avropa Şurası baş katibinin müavini Qabriella Battani-Draqoni çıxışında bayraq qaldırılması mərasiminin bir növ Avropanın simvoluna çevrildiyini, sədrlik dövründə Avstriyanın fikir azadlığı, jurnalistlərin təhlükəsizliyi, insan hüquqları, korrupsiyaya və qadın zorakılığına qarşı mübarizə istiqamətində müəyyən işlər gördüyünü, Avropa Şurası və Strasburq şəhəri ilə birgə əməkdaşlıq sayəsində demokratiyaya dair dünya forumunu təşkil etdiyini deyib.
Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətdə ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını diqqətə çatdıran baş katibin müavini ölkənin korrupsiyaya qarşı fəal mübarizə aparacağına, Avropa Şurasının əməkdaşlığının zəruri tərkib hissəsi olan qonşuluq və mədəniyyətlərarası dialoq siyasətini müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirib.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəlinin rəhbəri Emin Eyyubov çıxışında deyib: «2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək Azərbaycan Respublikası üçün mühüm hadisədir. 2014-cü ilin may-noyabr aylarını əhatə edəcək sədrlik ərzində Azərbaycan Avropa Şurasının fəaliyyətinin üç əsas ölçüsü – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və bu istiqamətlərdə təşkilatın atacağı addımların təşviqi ilə bağlı səylərini əsirgəməyəcək.
Azərbaycan sədrliyi şəksiz olaraq demokratiya, təhlükəsizlik və stabillik sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin üzləşdiyi problemlərə ciddi diqqət ayıracaq. Bu məqsədlə Azərbaycanın sədrliyi təşkilatın bütün üzv ölkələri ilə birgə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbuluna çalışacaq. Korrupsiya ilə mübarizə Azərbaycan sədrliyinin əsas prioritetlərindən biri olacaq. Biz Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik.
Mütəmadi olaraq inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada ən aktual məsələlərdən birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə mövcud olduğu bir yer olub. Sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa, Avropada ayrı-seçkilik və dözümsüzlüklə mübarizəyə öz töhfəsini verəcək». (musavat.com)