Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:18 | 7 aprel 2014 | Bazar ertəsi
Məqaləyə 2382 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Bu gün (7 aprelin 2014) Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayacaq. Budəfəki sessiya dünyanın diqqət mərkəzindədir. Ona görə ki, yaz sessiyasında Rusiyanın Ukrayna torpağı Krımı işğal etməsi məsələsinin müzakirə olunacağı gözlənir. Rəsmən təsdiqlənməmiş məlumata görə, sessiyada Rusiyanın səsvermə hüququndan məhrum edilməsi müzakirəyə çıxarılacaq.
Bu məsələ gündəliyə çıxarılsa bir sıra dövlətlər kimi Azərbaycan da ciddi seçim qarşısında qalacaq. Ukrayna məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq?
Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bir neçə gün öncə «Media forum» saytına deyib ki, Azərbaycanın Ukrayna məsələsində mövqeyi bəllidir və dəyişməz qalır: «BMT Baş Assambleyasında keçirilən səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və birmənalı mövqe ortaya qoyulub. Başqa mövqe ola bilməz. Əgər Ukraynanın ərazi bütövlüyü məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan BMT Baş Assambleyasındakı mövqeyini təkrarlayacaq və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə səs verəcək».
«Rusiyanın səsvermə hüququnun dayandırılması müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq» sualına Səməd Seyidov isə o qədər aydın cavab verməyib: «Biz bilirik ki, Ukraynanın ərazi bütövlüyü pozulub, ərazisinin bir hissəsi işğal olunub. Ərazi bütövlüyü müqəddəs məsələdir. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz aydın və açıqdır. Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq. Məsələlər konkret formada ortaya çıxanda mövqe bildirəcəyik».
Bəzi siyasətçilər və politoloqlar isə hesab edir ki, Rusiyanın AŞPA-da səsvermə hüququnun dayandırılması məsələsi müzakirəyə çıxarılacağı və səsə qoyulacağı halda böyük ehtimalla Azərbaycan nümayəndə heyəti ya səsverməyə qatılmayacaq, ya da bitərəf qalacaq. Politoloq Zəfər Quliyev də «Yeni Müsavat»a son müsahibəsində bu cür proqnoz verib.