vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
10:49 | 17 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 1368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həkim günündə dəhşətli qətl

Klinik Xəstəxananın doktorları həmkarlarını öldürdü

17.06.14 - Klinik Xəstəxananın doktorları həmkarlarını öldürdü...



Respublika Klinik Xəstəxanasında ölüm hadisəsi baş verib. Axar.az xəbər verir ki, Gəncə şəhər 2 saylı  Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov öz həmkarlarının terrorunun qurbanı olub. Bakıda təkmilləşdirmə kurslarında olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Adı çəkilən xəstəxananın həkimləri Ceyhun Bədəlovun mədəsini yumaq istəyiblər. Lakin C.Bədəlov özü də həkim olduğundan, belə halda mədənin yuyulmağının düzgün olmadığını bildirib.

İradlarına baxmayaraq, Respublika Klinik Xəstəxananın həkimləri yanlış prosesə davam ediblər və nəticədə Ceyhun Bədəlov dünyasını dəyişib.

Respublika Klinik Xəstəxananın həkimlərinin səs yazıları, öz həmkarları olan xəstə ilə kobudluqları və pul müzakirələrinə aid səs yazıları var və yaxın günlərdə oxuculara təqdim ediləcək.

Qeyd edək ki, Ceyhun Bədəlov filoloq-alim, köşə yazarı Təhminə Bədəlovanın həyat yoldaşıdır.

Həmkarımıza dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Xatırladaq ki, bu gün Azərbaycanda Səhiyyə İşçiləri Günüdür.