
Fransada türklərin sayı milyona yaxınlaşır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
4 nəfər ölüb, 3 nəfər yaralanıb
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
İnsanlar gecəni küçələrdə keçirdilər
«Hurriyyet Daily News» xəbər verir ki, Türkiyənin İraqın Bəsrə şəhərindəki konsulluğu təhlükəsizlik səbəbindən təxliyə edilib. Baş konsul da daxil olmaqla, konsulluğun 18 əməkdaşı Küveytə aparılıb. Xəbəri iyunun 17-də xarici işlər naziri Əhməd Davudoğlu öz «Twitter» hesabında yayıb.
«İraq Böhranı Mərkəzi və Bağdad Səfirliyi əməkdaşlarımızı İraqın təhlükəli bölgələrindən çıxarmaq üçün 24 saat vəzifə başında olublar. Türkiyə vəziyyətin qaydaya salınması üçün iraqlı qardaşlarımıza kömək göstərməyə hazırdır», - o yazıb.
Xatırladaq ki, iyunun 9-da Türkiyənin Mosul Konsulluğunun 49 üzvü və 31 yük avtomobili sürücüsü «İraq Şam İslam Dövləti» (İŞİD) qrupu tərəfindən oğurlanmışdı. Ötən həftəsonu sürücülərdən biri qaçmağa müvəffəq olub.
Xarici İşlər Nazirliyinin yaratdığı «Böhran mərkəzi» Bağdad səfirliyinin təxliyə planının hazırlandığını bildirib. Buna baxmayaraq, Davudoğlu bildirib ki, səfirlik türk vətəndaşlarının İraqdan təhlükəsiz çıxarılması üçün operativ fəaliyyətinə davam etməlidir.
İyunun 17-də baş nazir Rəcəb Tayyip Ərdoğan qaçırılmış vətəndaşların buraxılması üçün «gərgin səy» göstərildiyini bildirib. Baş nazir İraq hökumətini Mosul konsulluğunu qoruya bilmədiyinə görə günahlandırıb.