vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
11:12 | 27 iyun 2014 | Cümə Məqaləyə 1455 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İrəvan çarəsizdir»

Erməni mətbuatı: «Hakimiyyəti dalana dirəyiblər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Moskva Ermənistana Qarabağla aralarında gömrük keçid məntəqələrinin yerləşdirilməsi ilə bağlı ciddi təzyiqlər edir». Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib.


Mətbuat İrəvanın qısa zaman içərisində Azərbaycan, Türkiyə və Rusiyanın yaratdığı təhlükəni neytrallaşdırmaq üçün yollar axtardığını bildirib:

«İrəvan hazırda çarəsiz vəziyyətdir. İstənilən istiqamətdə Ermənistan hakimiyyətini dalana dirəyiblər. Məhz buna görə də Qarabağa qısa zaman içərisində ölkənin əsas strukturlarının səfərləri reallaşdı. Görünür, Moskva Ermənistana Qarabağla aralarında gömrük keçid məntəqələrinin yerləşdirilməsi ilə bağlı ciddi təzyiqlər edir. Bundan sonra Rusiyanın hansı addımlar atacağını söyləmək çətindir. 1-2 iyul tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda sülhməramlı missiya ilə bağlı forumu keçiriləcək. İstisna edilmir ki, məhz KTMT öz sülhməramlı qüvvələrini Qarabağda yerləşdirməklə bağlı təklif irəli sürəcək. İrəvana gəlincə isə, onun etiraz etməsi gözlənilmir. Görünür, bütün razılaşmalar Lavrovun hər iki ölkəyə etdiyi səfərlər və Əliyevlə Putinin telefon danışığında əldə olunub».