

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
Fransanın nüvə potensialı ABŞ-a alternativ ola bilərmi, Almaniya nüvə silahı ilə bağlı qapıları açıq qoyur
Brüsselin qərarına Rusiyadan reaksiya gəldi
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
Anlaşmaya qədər ...
Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır
Putin Makronu Rusiyanı “təhlükə” olaraq gördüyünə görə tənqid etdi
Böyük ölkələrin getdikcə praqmatikləşdiyi dünyada kiçik ölkələrin hələ vaxtı var
Avropa İttifaqı (Aİ) Ukrayna böhranına görə Rusiya təbii qazından asılılığını azaltmağa çalışır. Aİ bu məqsədlə Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığı (TTİP) üzrə danışıqlarda ABŞ-ın xam neft ixracına qadağanı ləğv etməsini tələb edəcək. Bu barədə «EurActiv» xəbər portalı məlumat verir. «Washington Post» qəzeti strateji sənədə istinadən iyulun 8-də məlumat yayıb. Məlumata görə, Aİ vasitəçiləri də təbii qaz təchizatlarına çıxış əldə etməyə çalışırlar.
Qeyd edək ki, ABŞ dünyanın 3-cü ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistandan neft idxal edir. Ərəb neftinə embarqo qoyulacağı təqdirdə, ehtiyatlarının kifayət etməsi üçün o, 1975-ci ildən xam neft ixracına qadağa qoyub. Neft ixrac edən ölkələr birliyi (OPEC) 1973-cü ildə ABŞ-da qiymətləri artırmaqla ilk embarqoya başlayıb. 2000-ci ilin ortalarında ABŞ «frekinq» üsulunu geniş tətbiq etməklə, böyük miqdarda neft və qaz hasil etməyə başlayıb.
«Ukraynadakı hazırkı böhran Aİ-nin enerji asılılığının həssas bir məsələ olduğunu təsdiqləyir», - 27 may tarixli sənəddə deyilir.
Həmin sənəd bu ay ziddiyyətli və müxtəlif sahələri əhatə edən azad ticarət sazişi ilə bağlı müzakirələrin aparılacağı ərəfədə yayılıb. Danışıqlar uğurlu olsa, bu, dünya üzrə ÜDM-nin 40 faizinə, dünya ticarətinə və xarici birbaşa investisiyalara öz təsirini göstərəcək.
Krımın anneksasiyası ilə yaranan Ukrayna böhranı, Qərbin Rusiyaya qarşı sanksiyaları Aİ-nin Rusiyadan enerji asılılığını artırıb.
Aİ neftin 42 faizini sabiq «Sovet İttifaqı»ndan idxal edir. Aİ təbii qaz idxalının üçdə birini Rusiyadan alır, bunun yarısı isə Ukrayna vasitəsilə nəql olunur. Aİ-nin ən nüfuzlu ölkəsi olan Almaniya da neftin yarısını sabiq Sovet ölkələrindən alır. Almaniya 2022-ci ilədək nüvə enerjisini tədricən azaltmaq istəyir.
Ukrayna Rusiya təbii qazından asılıdır. Rusiya isə bundan siyasi məqsədlə istifadə edir. Xatırladaq ki, İyun ayında Rusiyanın «Qazprom» şirkəti ödənilməyən borclara görə Ukraynaya təchizatı dayandırıb.
Aİ təbii qaz və neftin ixracı üçün ABŞ-ın «hüquqi məcburi öhdəlik» götürməsini tələb edəcək. «Washington Post» qəzetinin yazdığına görə, ekologiya tərəfdarları bundan hiddətləniblər.
NÖVBƏTİ ADDIMLAR:
İyulun ortası: «TTİP» üzrə 6-cı danışıqlar.
2014-cü ilin sonu: «TTİP» danışıqları sona çatır.